Türkiyədəki seçkilərin ikinci turu ilə bağlı təfərrüatlar AÇIQLANDI 

Türkiyədəki seçkilərin ikinci turu ilə bağlı təfərrüatlar AÇIQLANDI 

Hazırda oxunan: Türkiyədəki seçkilərin ikinci turu ilə bağlı təfərrüatlar AÇIQLANDI 
136116
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezident seçkilərinin 28 mayda keçiriləcək ikinci turuna dair təfərrüatlar açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı danışıb. 

O qeyd edib ki, Türkiyə tarixində seçkilərin ikinci turu ilk dəfə keçirilir və bəzi qaydalar müəyyən edilib. 

Yenerin sözlərinə görə, 15 mayda ikinci səsvermədə iştirak etmək hüququ olan namizədlərdən biri hər hansı səbəbdən seçkidə iştirak etmədikdə, namizədlərin dəyişdirilməsi üçün müəyyən edilmiş müddət saat 20:00-da başa çatacaq. 

Bundan əlavə, ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 20 mayda başlayacaq və 24 may 2023-cü il tarixində başa çatacaq. 27 may saat 18:00-da seçki təbliğatı dövrü başa çatacaq. 
Səsvermə prosesi ilk turda olduğu kimi, yerli vaxtla saat 08:00-da başlayıb 17:00-da bitəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO