PKK-nın qorxunc planı üzə çıxdı...

PKK-nın qorxunc planı üzə çıxdı...

Hazırda oxunan: PKK-nın qorxunc planı üzə çıxdı...

128722
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) DHKP-C terror təşkilatının ölkədəki ABŞ səfirliyi və konsulluğuna qarşı terror aktı planlaşdırdığını üzə çıxarıb.
xa0
DHKP-C-nin “inqilab şəhidləri həftəsi”x9d elan etdiyi 30 mart - 17 aprel tarixlərində ABŞ səfirliyi və konsulluğuna hücum təşkil etməyi planlaşdırır.
xa0
ABŞ səfirlik və konsulluğu ilə bərabər DHKP-C terror təşkilatının hədəfləri sırasında Ədalət və İnkişaf Partiyasının (AKP) təşkilatlarının binaları, hakim və prokurorlar da var. MİT DHKP-C-nin terror aktlarını Harika Qızılqaya, Əbru Yeşilırmak, Sercan Arslan, Çağrı Avcı, Özləm Pəmbə Olqun, Bilgəxan Karpat, Hakan Qarabəy, Ünal Çimen, Ümid Çimen və Nadir Çinari adlı terrorçular vasitəsi ilə həyata keçirə biləcəyi barədə də xəbərdarlıq edib. Bu terrorçuların fotoşəkilləri ölkə üzrə polis bölmələrinə paylanıb.xa0
xa0
Xəbərdarlıqda müxtəlif vaxtlarda DHKP-C terrorçuları əleyhinə qərarlar vermiş hakim və prokurorların mühafizəsinin gücləndirilməsi təlimatı da yer alıb.(APA)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO