Şarl Mişel Moldova və Ukraynanın Aİ üzvlüyünə dair danışıqları DƏYƏRLƏNDİRDİ 

Şarl Mişel Moldova və Ukraynanın Aİ üzvlüyünə dair danışıqları DƏYƏRLƏNDİRDİ 

Hazırda oxunan: Şarl Mişel Moldova və Ukraynanın Aİ üzvlüyünə dair danışıqları DƏYƏRLƏNDİRDİ 
127672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ) ölkələri Moldova və Ukraynanın təşkilata qəbul olunması barədə danışıqların başlanması perspektivini qış zirvə görüşündə müzakirə edə bilərlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün Moldovaya səfəri zamanı bəyan edib. 

Mişel qeyd edib ki, Avropa Komissiyası yaxın vaxtlarda Ukrayna və Moldovanın Avropaya inteqrasiya yolunda irəliləyişləri barədə hesabat nəşr etməlidir:

“Nəticələr əldə edildikdən sonra namizəd ölkələrin Aİ-yə üzvlüyə qəbul olması barədə danışıqların nə vaxt başlanacağı məlum olacaq. Ehtimal ki, Moldova və Ukraynanın Avropa İttifaqına üzvlüyə qəbul edilməsi barədə danışıqlara başlanması məsələsinə dekabr ayında keçiriləcək zirvə görüşündə baxılacaq”. 
Qeyd edək ki, Ukrayna və Moldova ötən ilin iyununda Aİ-yə üzvlüyə namizəd statusunu alıblar. Eyni zamanda, Gürcüstana analoji statusun təqdim olunmasında hələ ki, imtina ediblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO