Tbilisidə və Gürcüstanın daha 10 şəhərində qadınlar aksiya keçirir

Tbilisidə və Gürcüstanın daha 10 şəhərində qadınlar aksiya keçirir

Hazırda oxunan: Tbilisidə və Gürcüstanın daha 10 şəhərində qadınlar aksiya keçirir

124414

Gürcüstanın paytaxtı Tbilisidə və daha 10 şəhərdə qadınlar aksiya keçirməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Gürcüstan” nəşri yayıb.

Mənbə yazır ki, yürüş iştirakçıları əllərində plakatlarla Birinci Respublika meydanından parlament binasına qədər irəliləyirlər.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. 

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO