Şimali Osetiya Respublikasının rəhbəri Tamerlan Aquzarov Moskva klinikalarından birində dünyasını dəyişib.
Moderator.az “sputnik.ru”x9d-ya istinadən xəbər verir ki, bu barədə respublika hökuməti başçısının mətbuat xidməti məlumat verib.
Tamerlan Kimoviç Aquzarov 14 iyun 1963-cü il tarixində Şimali Osetiya Respublikasının Alagir şəhərində anadan olub. Hüquq elmləri namizədi, professor olub. Prokurorluq orqanlarında çalışıb. 2006-cı ildə RF-nın prezidentinin sərəncamı ilə Şimali Osetiyanın Ali məhkəməsinin sədri vəzifəsinə növbəti altı il müddətinə təyin edilib.
Şimali Osetiyanın rəhbəri vəzifəsinə 2015-ci ilin sentyabr ayında təyin olunub. O, bu vəzifədə respublikanı 2005-ci ildən idarə edən Taymuraz Mamsurovun yerinə əvəz edib.
Ramil Həsənli


































































































