“ABŞ Ukraynaya uzaqmənzilli JDAM-ER bombaları göndərəcək” - KİV 

“ABŞ Ukraynaya uzaqmənzilli JDAM-ER bombaları göndərəcək” - KİV 

Hazırda oxunan: “ABŞ Ukraynaya uzaqmənzilli JDAM-ER bombaları göndərəcək” - KİV 
121886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Ukraynaya “Boeing” şirkəti tərəfindən istehsal edilən, 72 kilometrdən çox məsafəyə malik olan uzaqmənzilli JDAM-ER bombaları təhvil verəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, JDAM-ER bombaları GPS vasitəsilə idarə olunur. 

Qeyd edək ki, bu bombalar ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur və həmçinin 26-dan çox ölkəyə satılıb.

Onlar 220-900 kiloqrama qədər çəkisi olan idarə olunmayan bombalara quraşdırıla bilər. Nəticədə həmin döyüş sursatları idarə olunan bombalara çevrilir və bu da uçuş məsafəsinin üç dəfə artmasına səbəb olur. JDAM-ER Avstraliya Hərbi Hava Qüvvələri ilə əməkdaşlıqda hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO