Türkiyədə ölən xilasedici it belə dəfn olundu - FOTO/VİDEO

Türkiyədə ölən xilasedici it belə dəfn olundu - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə ölən xilasedici it belə dəfn olundu - FOTO/VİDEO

120999

Türkiyədə zəlzələdən sonra Meksikadan gələn qrupla birgə axtarış-xilasetmə işləri zamanı ölən Proteo adlı itin nəşi ölkəsinə aparılıb. 

Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, Türkiyədə fəaliyyətini başa vuran meksikalı xilasedicilər ölkələrinə geri dönərkən Proteonun nəşini də özləri ilə aparıblar. 

Felipe Angeles Beynəlxalq Hava Limanında Proteo ilə bağlı xüsusi anım mərasimi təşkil edilib. Proteonun nəşinin olduğu tabut Meksika bayrağına sarılaraq aparılıb. 

Qeyd edək ki, axtarış-xilasetmə işlərində iştirak edən Proteo adlı it fevralın 12-si ölüb. İtin ölümünə səbəb isə yaşının çox olması, Türkiyəyə qədər uzun yol qət etməsi və soyuq hava olub. Proteo Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Quatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə işlərində iştirak edib. 

Meksikadan gələn axtarış-xilasetmə qrupu Adıyamanda 7 gün ərzində 4 nəfəri sağ olaraq xilas edib, daha 29 nəfərin cəsədini isə dağıntılar altından çıxarıb.
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO