Prezidentin maşın yoluna xalça döşəndi  -Foto

Prezidentin maşın yoluna xalça döşəndi -Foto

Hazırda oxunan: Prezidentin maşın yoluna xalça döşəndi -Foto

120540
Kartejin yoluna qırmızı xalça sərilməsi ölkədə mübahisələrə səbəb olub.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin kartejinin yoluna qırmızı xalça sərilməsi ölkədə qızğın mübahisələrə yol açıb.xa0

Sisi və hökumət rəsmilərinin Qahirənin 6 Oktyabr adlı məhəlləsinə səfər zamanı maşınlar üçün də yol boyu uzun bir qırmızı xalça sərilib.
Prezidentin

Əbdülfəttah əs-Sisi - Misir prezidentixa0

Prezidentin maşın yoluna xalça döşəndi (FOTO)
Dövlət başçısının adı ilə bağlı olan bu hadisə ölkədə narazılıqlara səbəb olmaqla yanaşı bəziləri tərəfindən "israfçılıq edildiyi" şərhlərinə səbəb olub. Rəsmilər isə xalçanın Misir xalqını əyləndirmə məqsədi ilə istifadə edildiyini bildirib. Misirin müdafiə və hərbi sənaye naziri olmuş Əbdülfəttah əs-Sisi prezdent seçildikdən sonra ölkədə bəzi narazılıqlar meydana gəlib.xa0

Prezidentin

Bir müddət əvvəl sosial şəbəkələrdə Ukrayna prezidenti Pyotr Poroşenkonun kartejinin nümunəvi hərəkətini əks etdirən video-çarx yayılmışdı. Prezident korteji yol-nəqliyyat qaydalarına əməl edərək hətta işıqforun qırmızı işığında dayanmışdı. Prezident kortejinin yolda dayanması sui-qəsdçilərə fürsət yaratdığı üçün mühafizə xidməti tərəfindən məqbul sayılmır. Prezidenti aparan avtomobil kortejinin sui-qəsd ehtimalını sıfra endirən və dəqiq nişan almağa imkan verməyən minimal sürət olaraq dünyada 120 km/s qəbul edilib.(ans)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO