ABŞ İnstitutu:

ABŞ İnstitutu: "Vladimir Putin bu gün səfərbərlik elan edə bilər"

Hazırda oxunan: ABŞ İnstitutu: "Vladimir Putin bu gün səfərbərlik elan edə bilər"
115327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiya Prezidenti Vladimir Putin ordusunu gücləndirmək məqsədilə yaxın günlərdə ikinci səfərbərlik dalğasını elan edə bilər. Bəlkə də Kreml rəhbəri səfərbərliyi bu gün çıxışında elan edəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, V.Putin bu gün Sankt-Peterburqda doğulduğu Leninqrad şəhərinin 1943-cü ildə alman faşistlərinin mühasirəsini yarmasının 80 illiyi ilə bağlı çıxış edəcək:

“Putin xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir. Odur ki, onun bu gün səfərbərlik elan edəcəyi gözləniləndir. Ukrayna və Qərb kəşfiyyatı dəfələrlə bildiriblər ki, Kreml yanvarın ortalarında səfərbərliyin növbəti dalğasını elan edə bilər”.

Məlumata görə, Rusiya qoşunları dünən, yanvarın 17-də Avdiivka-Donetsk istiqamətində hücum əməliyyatlarını davam etdiriblər: “Soledarda da döyüşlər davam edir. Həmçinin Donetsk və Zaporojyedə də hücumlar səngimir”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Putinin bu gün, yanvarın 18-də Ukraynadakı müharibə ilə bağlı mühüm açıqlamalar verəcəyini söyləmişdi.

Xatırladaq ki, Britaniyanın “The Times” nəşri daha əvvəl bildirmişdi ki, Rusiya 500 min nəfərlik yeni səfərbərlik planı hazırlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO