Ərdoğan: “İranı müdafiə etdik, Qərblə danışığa getdilər”x9d

Ərdoğan: “İranı müdafiə etdik, Qərblə danışığa getdilər”x9d

Hazırda oxunan: Ərdoğan: “İranı müdafiə etdik, Qərblə danışığa getdilər”x9d

114312
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yaxın Şərqdə məzhəb ayrı-seçkiliyi yaratdığını açıqlayıb.
 
Axar.az xəbər verir ki, Ərdoğan nüvə problem zamanı Tehranı müdafiə etdiklərini xatırladaraq indi bunun qarşılığını görmədiklərini etiraf edib:
 
“Nüvə enerjisi məsələsində dünyada yalnız qaldıqları zaman Türkiyə olaraq nələr etdiyimizi hər kəs bilir. Braziliya ilə bərabər bu layihəyə sahibləndilər. Mahmud Əhmədinejada da demişdim. O dövrdə İranın yanında yer alaraq təkliyini aradan qaldırdıq. Daha sonra nə oldu? Nüvə problemi ilə bağlı Qərb ilə danışıqlara getdilər, müəyyən bir nöqtəyə gəldilər. Hal-hazırda İranın, İraqda, Suriyada, Yəməndə məzhəbçi yanaşmasını doğru qəbul etmirik. İranlılara həmişə demişəm: Nə sünni, nə də şiə. İslam və İslam. Hadisəyə belə baxmaq lazımdır. Biz, məzhəb savaşında olmaq istəmirik”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO