
- A-
- A
- A+
Dünya
11:28 / 22.11.2022
1 dəq oxunma
Fransa Zəngəzurun qubernatorunu Ermənistana verməkdən İMTİNA ETDİ
Hazırda oxunan: Fransa Zəngəzurun qubernatorunu Ermənistana verməkdən İMTİNA ETDİ
105641
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Fransa Sünik (Qərbi Zəngəzur) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana təhvil verməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.
Mənbə yazır ki, Fransa məhkəməsi ekstradisiyanın Xaçatryan üçün ciddi nəticələrlə nəticələnəcəyini əsas gətirərək ekstradisiyanı rədd edib.
Qeyd edək ki, Xaçatryan 2019-cu ildən axtarışdadır. O, qiyabi həbs edilib, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, dövlətə maddi ziyan vurmaqda ittiham olunub.
Baş Prokurorluq bildirib ki, eks-qubernator 47 milyon dollardan artıq pulu mənimsəyib. Qurum o pulun müsadirə edilməsi üçün vəsatət qaldırıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































