Ukrayna hərbçiləri Xersona belə daxil olub - ANBAAN VİDEO

Ukrayna hərbçiləri Xersona belə daxil olub - ANBAAN VİDEO

Hazırda oxunan: Ukrayna hərbçiləri Xersona belə daxil olub - ANBAAN VİDEO

104080

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Ukrayna ordusu Rusiya hərbçiləri tərəfindən tərk edilmiş Xerson vilayət mərkəzinə daxil olub. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Xersonun nəzarət altında olduğunu bildirib.

Sosial şəbəkələrdə artıq şəhərin küçələrində, xüsusən Şumenski mikrorayonunda ukraynalı hərbçilərin foto və videoları dərc olunub.

Bizim.Media “Ukraina 24/7” Telegram kanalına istinadən xəbər verir ki, daha bir görüntü isə Yakov Qandzyuk adına 59-cu motoatıcı briqadanın əsgərlərinin şəhərə necə daxil olduqları vaxt lentə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xersonda Ukrayna bayrağı dalğalanır - VİDEO


Yüzlərlə Xerson sakini hərbçiləri qarşılamaq üçün Ukrayna bayraqları ilə küçələrə çıxıb. Artıq mərkəzi meydanın üzərində Ukrayna bayrağı qaldırılıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, bütün rus qoşunları Xersonun yerləşdiyi Dnepr çayının sağ sahilindən çıxarılıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hələ də Xersonda qala biləcək Rusiya hərbçilərini təslim olmağa çağırıb.

Rus qoşunlarının komandiri general Sergey Surovikin noyabrın 9-da hərbçilərin sağ sahilə çəkildiyini elan edib. Beləliklə, qoşunların çıxarılması iki gündən az vaxt aparıb. Ruslar gedən zaman Dnepr üzərindən keçən körpüləri partladıblar.
Ukrayna hərbçilərinin Dnepr çayının sağ sahilində yerləşən Xerson vilayətinin digər yaşayış məntəqələrini də döyüşsüz ələ keçirməsi barədə da məlumatlar var. Onların arasında Çernobayevka da var. Yerli sakinlər “Rusiya həmişəlik buradadır” yazısı olan plakatları söküblər.

Bizim.Media
 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO