“Bu zəfəri hər iki Qarabağ müharibələrinin qəhrəmanları qazanıblar” – Ukraynalı səfir Zəfər Günündən YAZDI - FOTO 

“Bu zəfəri hər iki Qarabağ müharibələrinin qəhrəmanları qazanıblar” – Ukraynalı səfir Zəfər Günündən YAZDI - FOTO 

Hazırda oxunan: “Bu zəfəri hər iki Qarabağ müharibələrinin qəhrəmanları qazanıblar” – Ukraynalı səfir Zəfər Günündən YAZDI - FOTO 
103366
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"30 il əvvəl ukraynalılar Azərbaycan torpağını müdafiə etdiyi kimi, bu gün də bir çox Azərbaycan əsilli döyüşçülər Ukrayna torpağını rus işğalçılarından fədakarlıqla, qəhrəmancasına müdafiə edirlər". 

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook" paylaşımında bildirib. 

"Noyabrın 8-də Azərbaycan əsas milli bayramlarından birini - Zəfər Gününü qeyd edir! 

Bu zəfəri həm İkinci, həm də Birinci Qarabağ müharibələrinin qəhrəmanları qazanıblar, onların arasında çoxlu ukraynalılar da var idi. Onlardan biri də öz həyatı bahasına mülki insanları müharibə şəraitində olan Qarabağdan xilas edən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Viktor Seryogindir. 
Bu gün Şəhidlər Xiyabanında V.Seryoginin qızı və həyat yoldaşı, diplomatik müəssisənin əməkdaşları, o cümlədən Sumqayıt şəhər İ.Franko adına Ukrayna İcmasının rəhbəri Tamilla Musayeva, Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulu Mehrəli Qasımov, Ukrayna Ticarət Evinin Direktoru Əlibala Məhərrəmzadə və Ukrayna Mərkəzinin Direktoru Aleksandr Klassenin iştirakı ilə milli qəhrəmanların və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edən hər kəsin xatirəsini ehtiramla yad ediblər. 

Yaşasın Qəhrəmanlar!", - deyə  paylaşımda qeyd edilib. 

Bizim.Media

“Bu zəfəri hər iki Qarabağ müharibələrinin qəhrəmanları qazanıblar” – Ukraynalı səfir Zəfər Günündən YAZDI - FOTO  - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO