Lukaşenko Ermənistanı ittiham etdi: “ATƏT-i, KTMT-ni bölgəyə niyə gətirir?” - VİDEO

Lukaşenko Ermənistanı ittiham etdi: “ATƏT-i, KTMT-ni bölgəyə niyə gətirir?” - VİDEO

Hazırda oxunan: Lukaşenko Ermənistanı ittiham etdi: “ATƏT-i, KTMT-ni bölgəyə niyə gətirir?” - VİDEO

102244

Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi Stanislav Zas ilə görüşündə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BELTA agentliyi yayıb. 

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı müharibə bitib:

“Bunun necə bitdiyi aydındır. Tərəflər belə qərara gəliblər ki, onlara kobud desək, vasitəçi lazımdır. Eybi yoxdur, bu, normadır. Təbii ki, Rusiyaya üz tutdular. Rusiya ora (Qarabağı nəzərdə tutur) yüzlərlə insan (hərbçi) göndərdi.
Təyyarələrin necə uçduğunu xatırlayırıq. Putinin dediyi kimi, ora Rusiyanın sərhədinə yaxın ərazidir. Türkiyə və İranla da sərhəddə yerləşir.

Mən yenə də deyirəm, bu münaqişə ilə bağlı hazırda oyun gedir. Hansı oyunun getdiyini başa düşmürəm. Avropa İttifaqı niyə bu işə qarışdı? ATƏT-i ora niyə sürüklədilər? (Ermənistanı nəzərdə tutur). Səbəbi aydındır. Orda vasitəçi (Rusiya) varsa, Qərbdən gələnlər nə edəcəklər? KTMT-ni də buna cəlb etmək istəyirlər. Elə bil ki, məşğul olacaqları başqa iş yoxdur”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO