Hərbi attaşelər Hərbi Hava Qüvvələrinin bazasında  - FOTOLAR

Hərbi attaşelər Hərbi Hava Qüvvələrinin bazasında - FOTOLAR

Hazırda oxunan: Hərbi attaşelər Hərbi Hava Qüvvələrinin bazasında - FOTOLAR

99095

Müdafiə naziri, general-polkovnikxa0Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri oktyabrın 5-də Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənxa0Moderator.az-a verilən məlumata görə, on beş dövləti təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib.

Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şərait, uçuş və texniki heyətlə tanış olub, əsgər yeməkxanaları və yataqxanalarına, məşğələ otaqlarına da baxıblar.

Silahlanmada olan hərbi texnika ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.

Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.

Qonaqlar səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO