Vahid Almaniya prossesi...

Vahid Almaniya prossesi...

Hazırda oxunan: Vahid Almaniya prossesi...

98786
1987 ci ilin iyunun 12 də ABŞ prezidenti R.Reyqan qərbi Berlində, Bradenburq qapısı önündə çıxışı zamanı “Berlin divarını”x9d göstərərək : “Cənab Qorbaçov bu divarları sökün”x9d deyərək sovet rəhbərliyinə mesaj göndərir.xa0
Hələ tarixən, “Almanməsələsi”x9d (Deutsche Frage ) XIX ”“ XX əsr avropa geopolitikasının əsas problemlərindən biri hesab olunurdu. 1806 ci ildə Müqəddəs Roma imperiyasının süqutundan sonra Almaniyanın siyasi statusu və sərhədləri məsləsi daim aktual mövzulardan biri olub.xa0
Həmin məsləyə münasibətdə almanlar arasında tarixən ikili münasibət mövcud idi: Prussiyanın liderliyi ilə “Alman məsələsinə kiçik alman yolu”x9d (Kleindeutsche Lösung der Deutschen Frage) və Avstriyanın rəhbərliyi ilə “Böyük alman yolu”x9d (Grossedeutsche Lösung). Bu iki model arasında daim rəqabət olmuş və hətda, 1866 cı ildə Prussiya ilə Avstriya arasında müharibəyə gətirib çıxarmışdır.xa0
Tarixdən də məlum olduğu kimi, XIX əsr 70 cil illərində (1871) Prussiya kansleri Otto fon Bismarkın (Otto von Bismarck 1815 - 1898)rəhbərliyi ilə Almaniya imperiyası yardılmışdı.xa0

Vahid

Sonralar, Üçüncü Reyxə (Dritte Reich 1933 - 1945) rəhbərlik etmiş avstriya köçənli A.Hitler məhz avstriyada hakim olan “Böyük alman yolu”x9d modelini əsas götürmüş, bu isə II Dünya müharibəsinə səbəb olmuş və sonda Almaniyanın yenidən parçalanması ilə nəticələnmişdir.xa0
1945 ci ildə qalib dövlətlər ABŞ, Britaniya və SSRİ Potsdam konfransında Almaniyanın yenidən parçalanması və nüfuz dairəsinə bölüşdürülməsi haqqında qərar qəbul edirlər. Hələ həmin ilin fevral ayında Yalta konfransı zamanı ələdə edilmiş razılaşmaya əsasən ABŞ və Britaniya öz işğal zonlarından Fransaya da bölüşdürmə prossesində iştirak etmək üçün müəyyən ərazilər vermələri barədə razılığa gəlmişlər. Beləliklə, dunya müharibəsindən sonra Almaniya dörd işğal zonasına bölünür. Paytaxt Berlin isə, xüsusi statusla dörd işgal zonasına bölünür.xa0
Sovet işğalı altında olan şərqi Almaniyada sürətlə totalitarlaşdırma prossesi həyata keçirilirdi. Belə ki, siyasi azadlıqlar ləğv edilir, mətbuat üzərində senzura tətbiq olunmuş, insanlar zorla pulsuz işləməyə məcbur edilmiş, fabrik və zavodlardakı dəzgahlar və texniki avadanlıqlar sökülərək SSRİ yə göndərilirdi (əsasən Stalinqrad və Leninqrad şəhərlərinə). Sovet işğal zonasından fərqli olaraq, qərb işğal zonasında mərhələli şəkildə demokratikləşdirmə prossesi başlanmışdır.xa0
1947 ci ildə ABŞ dövlət katibi C.Marşall (George Catlett Marshall 1880 - 1959) müharibədən zərər çəkmiş ölkələrə yardım edilməsi haqqında proqramla çıxış edir. Tarixə “Marşall planı”x9d adı ilə daxil olan program rəsmən “Avropanın bərpası programı”x9d (European Recovery Program) adlanırdı. Lakin, sovet rəhbərliyi həmin yardımdan imtina edir və eyni zamanda, nəzarətində olan şərqi avropa ölkələrini də məcbur edir ki, həmin proqrama qoşulmasınlar. Sovet işğalı altında olan şərqi avropa ölkələrindən fərqli olaraq, qərbi avropa ölkələri həmin proqramda iştirak etməyə qərar verdilər.xa0
“Marşall planı”x9d na əsasən, qərbi avropa ölkələrinə 13 milyard dollar məbləğində maliyyə yardımı ayrılır. 1948 ci ilin aprelindən reallaşdırılmağa başlanan planda əsas çətinliklərdən biri də, qərbi Almaniyanın iştirakı məsələsi idi. Çünki, qərbi Almaniyaya ayrılması nəzərdə tutulmuş 4 milyard dollarlıq maliyyə yardımının verilməsi və ondan istifadə edilməsi üçün yerli administrasiyanın və müvafiq milli valyutanın olması vacib idi.xa0
Sovet ittifaqı “Marşall planı”x9d na ABŞ ekspansiyası kimi yanaşır və bunun qarşısını almaq üçün, Almaniya ərazisinə özünün qərb sərhədlərinin təhlükəsizliyini təmin edən “bufer zonası”x9d kimi yanaşırdı. Eyni zamanda , Stalin Berlin şəhərini vahid administrativ mərkəzdə birləşdirmək niyyətində idi. Lakin, qərbi Berlində müttəfiq qoşunların mövcudluğu buna imkan vermirdi. Bununla yanaşı, qərb işğal zonasında yeni dövlətin yaranması rəsmi Moskvanın strateji niyyətləri ilə zidiyyət təşkil edirdi. Qərbi Almaniyanın “Marşall planı”x9dda iştirakının qarşısını almaq üçün Stalin 1948 ci iyunun 23 də qərbi Berlinə gedən bütün kommunikasiya xəttlərinin kəsilməsi haqqında göstəriş verir. Həmin ərazi sovet işğal zonasında “anklav”x9d olduğundan sovet rəhbərliyi belə fikirləşirdi ki, blokada vassitəsilə sosial vəziyyəti gərginləşdirəcək və qərbi Berlin əhalisi kütləvi şəkildə şərqi Berlinə birləşmək tələbi ilə çıxış edəcək.xa0
Lakin, müttəfiqlər qərbi Berlinə “hava körpüsü”x9d yaratmaqla vəziyyətdən çıxış yolunu tapa bildilər.
Orta hesabla hər bir dəqiqə ərzində müttəfiqlər qərbi Berlinə zəruri ərzaq məhsulları və yanacaqla dolu təyyarə uçuşları təşkil etdilər. Blokadada olan Berlinə uçuş edən təyyarəçilər eyni zamanda, uşaqlar üçün içində kişmiş, konfet və oyuncaq olan kiçik bağlamalar hazırlayaraq havadan yerə atırdılar. Bu, sanki balaca bombardmanı xatırlatdığı üçün xalq arasında bunu “Kişmiş bombardmanı”x9d (Rosinenbomber) adlandırırdılar. Sonda, blokadanın effektsizliyini başa düşən sovet rəhbərliyi 1949 cu ilin mayında blokadanı aradan qaldırmağa məcbur olur.xa0
Berlin blokadası qərbi Almaniyada ayrıca alman dövlətinin yaranma prossesini daha da sürətləndirdi.xa0
Beləliklə, 1949 cu ilin mayında qərbi Almaniyada yeni alman dövləti ”“paytaxtı Bonn şəhəri olmaqla Almaniya Federativ Respublukasının yarandığı elan edilir. Buna cavab olaraq isə, oktyabr ayında sovet işğal zonasında Almaniya Demokratik Respublikası yaradılır. Almaniya ərazisində iki müxtəlif dövlət yaransa da, hər iki tərəf yalnız özünü vahid alman xalqının iradəsini ifadə edən hakimiyyət kimi təqdim edirdi.xa0
AFR ilk kansleri K. Adenauer (Konrad Hermann Joseph Adenauer 1876 - 1967) 1950 ci illərin ortalarından başlayaraq “Hallşteyn Doktrinası”x9d həyata keçirməyə başladı. Həmin doktrinaya əsasən, ADR bir dövlət kimi tanıyan hər hansı bir ölkə ilə avtomatik olaraq diplomatik əlaqələr kəsilirdi. Lakin, bu doktrinanın uğursuz olduğunu görən rəsmi Bonn tezliklə həmin doktrinadan imtina etməli olur və Adenauer SSRİ yə rəsmi səfərə gələrək ikitərəfli əlaqələr yaradır.xa0
1953 cü il iyunun 16 - da ADR də iş saatının uzadılması, əmək haqlarının aşağı səviyyədə olması və müəyyən imtiyazların ləğv edilməsinə etiraz olaraq kütləvi etiraz mitinqləri və tətillər başlayır. Növbəti gün isə, etirazçılar hökumətin istefasını və vahid Almaniyanın yaradılması şüarları ilə mitinqlər təşkil edirlər. Həmin etiraz mitinqlərinə SSRİ Daxili işlər naziri L.Beriyanın rəhbərliyi ilə sovet qoşunlarının müdaxiləsi kütləvi iğtişaşlara və çoxlu sayda insan ölümünə səbəb olur.xa0
Federativ Almaniyadan fərqli olaraq, Demokratik Almaniyada əhalinin sosial vəziyyətinin aşağı səviyyəsi və azadlıqların olmaması daim şərqi Almaniyadan insanların kütləvi şəkildə qərbi Berlinə və AFR qaçmaları ilə müşahidə olunurdu. Xüsusilə də, gənclərin kütləvi şəkildə qərbi Berlinə qaçmaları ciddi problemə çevrilmişdi. Həmin prossesin qarşısını almaq üçün 1961 ci il avqustun 12 ”“ dən 13 keçən gecə 160 km uyunluğunda qərbi Berlinlə şərqi Berlin arasında divar tikirlir.xa0
Almaniya iki dövlətə parçalanmasına baxmayaraq, daim birləşmə istiqamətində müxtəlif cəhdlər edilib. Bu baxımdan, kansler V. Barndtın ( əsl adı: Herbert Ernest Karl Frahm1913 - 1992) fəaliyyəti diqqəti cəlb edir.xa0
Məhz, kansler Brandtın “Yeni Şərq siyasəti”x9d iki alman dövləti arasında münasibətlərin yaranmasına və qarşılıqlı dialoqların başlanmasına şərait yaratmışdır. 1971 ci ilin dekabrında AFR ilə ADR arasında iki ölkə arasında əlaqələrin əsaslarına dair müqavilə imzalanır. Müqaviləyə əsasən, tərəflər vahid almaniya dövlətini təmsil etmələri haqqında iddialardan qarşılıqlı olaraq imtina edirlər. Lakin, ikitərəfli əlaqələr səfirliklər səviyyəsində deyil, daimi nümayəndəlik statusunda yaradılır.1973 cü ildə isə, hər iki alman dövləti eyni gündə BMT üzv qəbul edilir.xa0

Vahid

Soyuq müharibə dövründə “Berlin divarı”x9d (Berliner Mauer) və “Almaniya məsələsi”x9d qarşı ”“ qarşıya dayanmış iki sistem arasında əsas prinsipial məsələlərdən biri idi. Daha dəqiq desək, bu məsələ soyuq müharibə dövrünün ön cəbhəsi hesab olunurdu.
1981 ci ildə ADR iqtisadi vəziyyət kəskin şəkildə pisləşir. Vəziyyətin normallaşdırılması üçün alman rəhbərliyi SSRİ yə yardım barədə müraciət edir. Lakin, həmin dövrdə Sovet İttifaqında da iqtisadi vəziyyətin pisləşməsi bu cür yardımın edilməsini mümkünsüz edir. Beləliklə, ADR bir dövlət kimi defolt təhlükəsi ilə üz ”“ üzə qalır.xa0
Yaranmış vəziyyətdən istifadə edən kansler H. Şmidt hökuməti (1974 - 1982) rəsmi Berlinlə əlaqəyə girir və İsveçrənin Zürix şəhərində ikitərəfli gizlin danışıqlar başlanır. “Zürix modeli”x9dnə əsasən, birgə alman bankı yaradılması nəzərdə tutulurdu. AFR həmin bank vassitəsilə 20 il müddətinə ADR ə kredit verir və bunun müqabilində ADR rəhbərliyi vətəndaşlara xaricə getmək üçün icazə verməsinə dair yaş senzini aşağı endirməli idi. (Həmin dövrdə ADR də 65 yaşından aşağı vətəndaşlara xaricə getmək icazəsi verilmirdi). Lakin, 1982 ci ildə H.Şmidt hökuməti istefaya gedir.xa0
Hakimiyyətə gəlmiş H. Kol hökuməti (1982 - 1998) Zürix danışıqlarını davam etdirir. Lakin, danışıqların uğurla nəticələnməsi üçün ciddi maneə mövcud idi. Belə ki, ADR rəhbərliyi vətəndaşların xaricə getməsinə icazə verilməsinə dair yaş senzinin aşağı endirilməsi haqqında yazılı öhdəlik götürmək istəmirdi. Yaranmış qeyri ”“ müəyyən vəziyyət uzun müddət davam edir. Nəhayət,kansler H.Kolun siyasi rəqibi olan Bavariya torpağının baş naziri F. Ştrauss (Franz Josef Schtrauss 1915 - 1988) yaranmış vəziyyətdən istifadə etmək qərarına gəlir və 1988 ci ilin yazında ADR səfər edərək baş katib E. Honekker (Erich Honecker 1912 - 1994) ilə görüşür.
Görüş zamanı, Ştrauss ADR hökumətinə 2 milyard mark kredit verilməsi müqavilində E.Honekkerdən yaş senzinin aşağı salınması haqqında şifahi razılıq alır. Doğurdanda Honekker verdiyi sözə əməl edərək yaş senzini aşağı endirir. Məhz, Ştraussun qələbəsi gələcəkdə alman məsələsinin müsbət həll edilməsində əvəzsiz rol oynayır. Siyasi rəqibin təşəbbüsü ələ keçirməsindən ehtiyat edən kansler Kol “Alman məsələsi”x9d də xüsusi fəaliyyətə keçir. O, 1988 ci ilin oktyabrında sovet lideri M.Qorbaçovla görüş zamanı ilk dəfə olaraq rəsmi şəkildə “Alman məsələsi”x9d ni qaldırır. Beləliklə, qarşısı alınmaz prossesə rəsmi start verilir.xa0
Həmin dövrdə SSRİ də başlanmış “Yenidənqurma və aşkarlıq”x9d prossesi Şərqi avropanın sosialist ölkələrinə də, ciddi təsir göstərməyə başlamışdır. Bu ölkələrdə kommunist partiyalarının cəmiyyət üzərində təsiri zəifləmiş və demokratikləşmə prossesi gedirdi.xa0
Xüsusilə də, 1989 cu il sentyabrın 10 da Macarıstan hökumətinin Avstriya ilə olan sərhədlərinin açılması haqqında qərar qəbul etməsi ADR vətəndaşları üçün böyük imkan yartdı. Belə ki, Macarıstana gələn Şərqi almaniya vətəndaşları kütləvi şəkildə Avstriyaya gələrək oradan da AFR gedirdilər. Rəsmi Bonn şərqdən gələn almanlara tez bir zamanda passport verir, evlə və işlə təmin edirdi. Eyni zamanda, yeni gəlmiş almanlar rəsmi olaraq köçkün kimi deyil, yaşayış yerini dəyişmiş alman vətəndaşları kimi qeydə alınırdılar. Məlumatlara görə 1949 cu ildən 1990 cı ilədək ADR 3 mil 800 min insan tərk etmişdir.xa0
Təbii ki, ADR də demokratik islahatlar tələbi ilə kütləvi etiraz mitinqləri genişlənmişdir. Xüsusilə də, həftənin cümə günləri təşkil edilən mitinqlər daha populyar idi. Mitinqlərdə isə əsasən “demokratiya və vahid almaniya ”x9d şüarları səsləndirilirdi. Artıq başda E.Honekker olmaqla, hakim sosialst partiyası da, cəmiyyətdə mövqelərini hiss olunacaq dərəcədə sürətlə itirməkdə idi.xa0
Prosseslərin vahid almaniya dövlətinin yaradılmasına doğru getdiyini görən Fransa prossesləri ciddi narahatçılıqla izləyirdi. Hətda 1989 cu ilin iyulunda Parisdə Qorbaçovla görüşən prezident F.Mitterran (François Mauerice Adrien Marie Mitterrand 1916 - 1996) Honekkerə dəstək vermək üçün birgə Berlinə getməyi təklif edir. Cavabında isə Qorbaçov “Siz isteyirsiz gedin. Biz sizin əvəzinizə çirkli paltarları yumaq fikrində deyilik”x9d deyərək təklifi rədd etmişdir. Lakin, iki aydan sonra 1989 cu il oktyabrın əvvələrində Qorbaçov ADR yaranmasının 40 illiyi münasibəti ilə təşkil edilmiş rəsmi tədbirlərdə iştirak etmək üçün Berlinə gəlir. Məhz, bu səfərdən bir neçə gün sonra, oktyabrın 13 də E.Honekker vəzifəsindən istefa verir. Oktyabrın 18 də E. Krenç (Egon Krenz) başda olmaqla Vahid Almaniya Sosialist Partiyasının yeni rəhbərliyi seçilir.xa0

Vahid

Yeni partiya rəhbərliyi ölkədə liberal islahatlara başlayır. 1989 cu il noyabrın 6 da ADR mətbuatında xaricə getmə qaydaları haqqında yeni qanun layihəsi çap olunur. Bununla əlaqədar olaraq, noyabrın 9 da partiya rəhbərliyi keçirdiyi mətbuat konfransında bildirir ki yeni qanun layihəsində qərbi Berlinə və AFR getmə qaydalarının sadələşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, ADR vətəndaşları 30 gün müddətinə AFR də vizasiz qalmaq hüququna malik olacaqlar. Məhz , həmin mətbuat konfransından sonra minlərlə berlinli “Berlin divarı”x9d yanına toplaşır və sərhəd keçid məntəqələrinin açılmasını tələb edirlər. Sərhədçilərlə əhali arasında gərginlik yaranır. Nəhayət, axşam saat 21.30 da ADR in sərhəd buraxılış məntəqəsinin rəisi buraxılış məntəqələrinin açılması haqqında telefonla əmr alır və sərhədlər açılır. (Hələ bu gündə həmin əmrin kim tərəfindən verildiyi sirr olaraq qalır).xa0
Hər iki tərəfə sərbəst hərəkət etmək imkanı ələdə edən berlinlilər bu hadisəni böyük təntənə ilə qeyd edirlər. Sadə insanlar evlərindən gətirdikləri alətlərlə Berlin divarını sökməyə başlayırlar. Bu hadisə, dünyanın aparıçı tele kanalları tərəfindən birbaşa yayımlanır.xa0
Həmin dövrdə ABŞ dövlət katibi olmuş J.Beyker (James Addison Baker) sonralar bu hadisəni belə xatırlayır: “Mən Berlindəki hadisələr barədə gecə telefonla məlumat aldım və prezident C.Buşun yanına getdim (George Herbert Walker Bush). Prezident yuxudan qalxaraq geldi və biz birlikdə CNN kanalından Berlin divarlarının necə sökülməsinə baxdıq”x9d.xa0
“Berlin divarı”x9d nın söküləmsi və Sovet İttifaqının bunun qarşısını almağa hər hansı bir cəhd etməməsi rəsmi Vaşınqton və Bonn üçün əhəmiyyətli “işarə”x9d idi. Bunu çox gözəl başa düşən kansler H.Kol təşəbbüsü ələ almağa başlayır.xa0
Hadisələrin sonrakı inkişafı göstərir ki , qalib dövlətlərdən iksi - Fransa və Britaniya - Almaniyanın birləşməsi prossesinə hazır deyildilər. Parisdə və Londonda belə bir fikir formalaşmışdır ki, əgər iki alman dövləti birləşməyə cəhd etsələrdə SSRİ buna imkan verməyəcək. Digər qalib ölkə ABŞ isə, vahid Almaniya prossesini daim müdafiə edib. SSRİ isə həmin dövrdə üzləşdiyi böhranla əlaqədar olaraq hadiələrin arxasınca getməyə məcbur olub.
1989 cu il noyabrın əvəllərində sovet jurnalisti N. Portuqalov Bonna gələrək kansler H.Kolun beynəlxalq məsələlər üzrə müşaviri H. Telçikə zəng edərək onunla görüşür. İxtisasca almanşunast olan Portuqalov rəsmi Kremlin əsas adamlarından biri kimi tanınırdı. Görüş zamanı Portuqalov Sov KP.MK Beynəlxalq əlaqələr şöbəsinin direktoru V.Falinin əllə yazdığı qeyri ”“ rəsmi məktubu Telçikə verir. Məktubda sual olunurdu ki, AFR almaniyanın birləşməsini istəyirmi ?. Əgər istəyirsə, SSRİ ilə qapalı danışıqlara başlamaq təklif olunurdu.xa0

Vahid

Həmin məktubdan dərhal sonra kansler Kol Almaniyanın birləşməsinə dair 10 maddəlik planla çıxış edir. Həmin plana əsasən, Almaniyanın konfederativ əsaslarla birləşdirilməsi nəzərdə tutulurdu.xa0
Təbii ki, vahid Almaniyanın yardılması prossesində SSRİ nin mövqeyi vacib şərtlərdən biri idi. Bunu başa düşən H.Kol hökuməti rəsmi Moskva ilə xüsusi əlaqələr yaratmışdı. Xüsusilə də, M.Qorbaçovla şəxsi əlaqələrə böyük əhəmiyyət verilirdi. Çünki, Qorbaçovla siyasi mübarizə aparan B.Yeltsinin vahid alman məsləsinə münasibəti məlum deyildi. Bundan başqa, SSRİ də revanşistlərin yenidən baş qaldırması vahid Almaniya məsələsini sonu məlum olmayan müddətədək təxirə sala bilrədi. Elə buna göre də, AFR hökuməti hər vassitə ilə M.Qorbaçovu müdafiə edir və hətda lazım gəldikdə birbaşa yardımlarda göstərirdi. Məs: 1989 cu ilin sonu 1990 əvəllərində SSRİ də kəskin ərzaq qıtlığı yaranmışdı. 1990 cı ilin yanvarında SSRİ nin AFR dəki səfiri Y. Kviçinski təcili olaraq H.Telçiklə görüşür. Görüş zamanı Telçikin biz sizə nə ilə kömək edə bilərik sualına səfir beıə cavab verir “ət və yağ”x9d. Mehz həmin görüşdən dərhal sonra AFR SSRİ yə 240 mil mark həcmində ərzaq məhsulları göndərir.

Vahid

1990 cı ilin fevralında NATO və Varşava Müqaviləsi Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin Ottavada “açıq səma”x9d konfransı keçirilir. Konfransda eyni zamanda, Almaniyanın birləşməsi prossesinə başlamaq üçün “2+4”x9d formatının yaradılması haqqında razılıq əldə edilir. AFR xarici işlər naziri H-D. Genşer (Hans ”“ Dietich Genscher)SSRİ xarici işlər naziri E.Şevardnadzeyə şifahi formada gələcək vahid Almaniyanın NATO ya üzv olmayacağı barədə zəmanət verir.xa0
“2+4”x9d formatı əsasında ilk görüş 1990 mayın 5 də Bonnda keçirilir. Elə həmin ayın 18 də Federativ Almaniya ile Demokratik Almaniya arasında “Valyuta, iqtisadi və sosial ittifaq haqqında”x9d ikitərfli müqavilə imzalanır. Müqaviləyə əsasən, alman markı ADR ərazisində vahid valyuta kimi tanınır. Avqustun 3 də isə, iki alman dövləti arasında Almaniya bundestaqına vahid seçkilərin keçirilməsi haqqında razılaşma imzalanır.xa0
Nəhayət, 1990 cı il avqustun 31 də İki alman dövləti arasında “Almaiyanın birləşdirilməsinə dair Müqavilə”x9d imzalanır. Müqaviləyə əsasən, birləşmə prossesi 1949 cu il Federativ Almaniyası Konstitutsiyasının 23 cü maddəsinə əsasən həyata keçirilir. Bu birləşmənin oktyabrın 3 də baş tutacağı qeyd edilir.xa0
“2+4”x9d formatının son toplantısı 1990 cı il sentyabrın 12 də Moskvada baş tutur. Həmin toplantıda Almaniyanın birləşməsinin beynəlxalq aspektlərini özündə əks etdirən altıtərəfli müqavilə imzalanır.xa0
10 maddədən ibarət olan müqvilədə əsasən aşağıdakı məsələlər əks olunur.xa0

Vahid

”¢ Dörd qalib ölkənin Almaniya və Berlinə dair cavabdehliyi başa çatır.xa0
”¢ Birləşmiş Almaniya ərazisi ADR,AFR və bütövlükdə Berlini əhatə edir.xa0
”¢ Almaniya indi və gələcəkdə də, hər hansı bir ölkəyə qarşı ərazi iddiaları ilə çıxış etməyəcək.
”¢ Yaxın 3- 4 il ərzində Almaniya ordusunun sayı ixtisar edilərək 370.000 nəfər olacaq.
”¢ Sovet qoşunları keçmiş ADR ərazisini 1994 cü ilin sonunda tam tərk edəcək.
Beləliklə, XX əsrdə iki dəfə qanlı müharibələr aparmış hər dəfə də əraziləri parçalanmaya məruz qalmış Almaniya ötən əsrin son onilliyində 25 il bundan əvvəl ilk dəfə olaraq silahdan istifadə etmədən yenidən birləşməyə nail oldu.xa0
Alman mənbələrində həmin prosses müxtəlif terminlərlə ifadə olunur: birləşmə (Vereinigimg) , birləşdirmə (Wiedervereinigung), Alman birliyi (Einheit Deutschland), Alman birliyinin bərpası (Die Herstellung der staatlichen Einheit Deutschlands). Əslində, bütün terminoloji yanaşmaları doğru hesab etmək olar. Çünki, bu prosses miqyasına və əhəmiyyətinə görə yuxarıda qeyd edilən bütün terminləri əslində özündə əks etdirən bir prosses olmuşdur.xa0
Surxan Lətifovxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO