Moderator.az report-a istinadən xəbər verir ki, Fransanın Azərbaycandakı yeni səfiri Aureliya Buşez (Aurelia Bouchez) olacaq.
Hazırkı səfir Paskal Mönyenin səlahiyyət müddəti oktyabrın sonunda başa çatır.
A.Buşez 2012-ci ilin aprelindən Avropa İttifaqının Qazaxıstandakı nümayəndəliyinin rəhbəri, ondan əvvəl isə NATO baş katibi müavininin regional, iqtisadi və təhlükəsizlik məsələləri üzrə köməkçisi olub.
A.Buşez fransız, ingilis, rus və alman dillərini bilir.






































































































