Zahid Orucun namizədliyi qeydə alındı

Zahid Orucun namizədliyi qeydə alındı

Hazırda oxunan: Zahid Orucun namizədliyi qeydə alındı

97539
Deputat Zahid Orucun namizədliyi 94 saylı Bərdə kənd seçki dairəsindən qeydə alınıb. Bu haqda musavat.com-a bilgi verən Z.Oruc deyib: "Namizədliyimizin irəli sürülməsinə dəstək olan hər bir bərdəliyə, o cümlədən, ölkəmizin idarəçilik həyatının başlıca qüvvəsi olan hakim partiyanın yerli rəhbər və sıravi üzvlərinə, ziyalılara və sadə zəhmət adamlarına xüsusi təşəkkürlərimizi bildiririk".

Z.Oruc bildirib ki, o imzalara təkcə seçki marafonuna qoşulmaq üçün hüququ tələb kimi deyil, həm də insanların dövlətin və millətin gələcəyinə olan inamı təki yanaşır: "Ən başlıcası, Azərbaycan vətəndaşları öz təmsilçilərindən peşəkarlıqla yanaşı, əlçatanlıq, ictimai problemlərə yaxından bələdçilik, dürüstlük, canyanğısı gözləyir. Ona görə də ötən illər ərzində bizə çox doğma olan Bərdəyə və onun camaatına sədaqətlə xidmətə davam edəcəyimizə ümid bəsləyirik. Mandatın qazanılması bizlər üçün imtiyaz sahibi olmaqdan çox, ölkə rəhbərinin son dərəcə tarixi missiyasında bir komanda üzvü olaraq çalışmaq haqqını əldə etmək, quruculuğa, siyasi əmin-amanlığıa töhfə vermək deməkdir. Ona görə də haradan seçilməyi deyil - xalqa necə işləyəcəyini düşünmək və insanları buna inanadırmaq ən əsas vəzifədir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO