Ukraynalı uşaqlar Azərbaycanın tarixi yerlərinə ekskursiya ediblər - FOTO

Ukraynalı uşaqlar Azərbaycanın tarixi yerlərinə ekskursiya ediblər - FOTO

Hazırda oxunan: Ukraynalı uşaqlar Azərbaycanın tarixi yerlərinə ekskursiya ediblər - FOTO
97132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyası işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən 29 nəfər ukraynalı azyaşlı uşaq mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunub.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, Bakı şəhərindəki düşərgədə uşaqlar üçün art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil edilib.

Daha sonra uşaqlar Yanardağ və Atəşgah məbədi, Azərbaycan Milli Xalça Muzeyi, Qız qalası və digər tarixi yerlərə ekskursiya ediblər.

Qəbələ şəhərindəki düşərgəyə yola salınan ukraynalı uşaqlar burada qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər, həmçinin digər ustad dərslərinə cəlb olunacaq.

Düşərgə iştirakçıları regionun tarixi və görməli yerləri ilə də tanış ediləcək.

15 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO