Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alındı

Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alındı

Hazırda oxunan: Mehriban Əliyevanın deputatlığa namizədliyi qeydə alındı

96774
Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın deputatlığa namizədliyi rəsmən qeydə alınıb.xa0

Moderator.az xəbər verir ki, Mehriban Əliyevanın deputatlığa namizədliyi dünən 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb. Bu barədə modern.az-a Dairə Seçki Komissiyasından məlumat verilib.

Qeyd edək ki, M.Əliyeva hakim Yeni Azərbaycan Partiyasının adı çəkilən seçki dairəsindən vahid namizədidir. Birinci xanım hazırda da Milli Məclisdə bu dairəni təmsil edir.

2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilmidi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO