Qərəzkarlarımın bəziləri isə məni artıq deputat

Qərəzkarlarımın bəziləri isə məni artıq deputat "seçib"

Hazırda oxunan: Qərəzkarlarımın bəziləri isə məni artıq deputat "seçib"

95989
Moderator.az xəbər verir ki, Rauf Arifoğlu seçkilərdə iştirak edib-etməyəcəyimlə bağlı verilən suallara cavab verib:

Daha çox həmkarlarım sual edirlər, seçkilərdə iştirakla bağlı son qərar verdinizmi?

Qərəzkarlarımın bəziləri isə məni artıq deputat "seçib". 

Gerçəksə budur ki, hələ də tərəddüdlü durumum qalır. Bakı dairələrindən birinin üzərində dayanmışam. İlkin hazırlıqlar da aparılıb. Lakin qəti qərarı verməmişəm. Düşünürəm ki, 24-25 sentyabra qədər zamanım var. Seçki mühiti, ortam, şərtlər uyğun olsa və inansam ki, mənim qələbəm keçən dəfələrdə (2005-2010) olduğu kimi, dəyişdirilməyəcək, namizədliyimi verəcəm.

Bunlardan hər hansı biri olmasa, boşuna zaman və para xərcləmək fikrim yoxdur. Bunu əvvəl də demişəm, bir daha təkrar edirəm: Hazırda imkanlarımız, mövqeyimiz və gücümüz bir neçə deputatın birlikdəki imkanından, gücündən daha yüksəkdir. Biz hər kəsə olduğu kimi, yeri gələndə bir sıra deputatlara, bəzən digər vəzifəli şəxslərə dəstək oluruq, problemlərini həll edirik.

Rayonlara gedib, seçki kampaniyası keçirtmək isə, əvvəldən də dediyim kimi, istisna olunur; Yeni Müsavatın işinə, həyatımızın ritminə mənfi təsir edəcək; heç uyğun deyil.
Bu baxımdan, bir sıra "qaranquşlar" məni kimlərləsə üz-üzə qoymaq zəhmətini çəkməsinlər. Namizədliyimizi versək, Bakıdan verəcəyik, verməsək, Yeni Müsavat, musavat.com, minval.az adlı tribunalarımızdayıq...

Hər hansı yekun qərarı gələn həftə qeyd olunan media quruluşları vasitəsi ilə bildirəcəm. O zamana qədər xahişim budur ki, hörmətli həmkarlarım bu mövzuda məni narahat etməsinlər.

Hər kəsə sayğılarla duyurulur...(musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO