“Mənim hüquqlarım” avtobusu Qusarda – FOTO

“Mənim hüquqlarım” avtobusu Qusarda – FOTO

Hazırda oxunan: “Mənim hüquqlarım” avtobusu Qusarda – FOTO

635490

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2-4 sentyabr 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Qusar rayonuna olub.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Urva, Piral, Yasab, Əniq və Yuxarı Ləgər kəndlərində 138 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib.
 

Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Asya Bayramova, Dövlət Komitəsinin böyük məsləhətçisi Təranə Piriyeva, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Fatimə Həbibova, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov və sədr müavini Nurəddin Əzizov, Uşaq Səfirlər Məclisinin üzvü Samirə Cəfərli iştirak edib və mövzular üzrə iştirakçılara məlumat veriblər.


Təlimlərdə müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb. Sonda uşaqlara müxtəlif bədii kitab və stikerlər hədiyyə edilib.




























 


Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO