Çepmen Universiteti və Los-Ancelesdəki Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, heç vaxt evlənməmiş kişilər evli kişilərlə müqayisədə bioloji səviyyədə daha sürətli qocalırlar.
Bizim.Media xəbər verir ki, “Frontiers in Aging” jurnalında dərc edilən materialda ABŞ-ın 762 sakinindən əldə edilən məlumatlar təhlil olunub.
Alimlər bioloji qocalmanı müəyyən etmək üçün DNT metilləşməsindəki dəyişiklikləri öyrəniblər.
Araşdırmada bioloji yaşını qiymətləndirən PhenoAge və GrimAge, həmçinin orqanizmin qocalma sürətini göstərən DunedinPACE alətlərindən istifadə olunub.
Ən nəzərəçarpacaq fərq heç vaxt evlənməmiş kişilərdə qeydə alınıb. GrimAge və DunedinPACE göstəricilərinə görə, bu qrupdakı kişilərdə evlilərlə müqayisədə sürətləndirilmiş epigenetik qocalma əlamətləri müşahidə olunub. Qadınlarda isə belə bir əlaqə aşkar edilməyib.
Bununla yanaşı, evlilik faktının özü boşanmış və ya ayrı yaşayan şəxslərlə müqayisədə DunedinPACE göstəricisi üzrə daha yavaş epigenetik qocalma tempi ilə əlaqələndirilib.
Tədqiqatçılar qeyd edirlər ki, nəticələrə sosial dəstək, stress və həyat tərzinin xüsusiyyətləri də təsir edə bilər, lakin səbəb-nəticə əlaqəsini dəqiq təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:16 / 08.09.2026
Heç vaxt evlənməyən kişilər daha sürətli qocalır - ARAŞDIRMA
Hazırda oxunan: Heç vaxt evlənməyən kişilər daha sürətli qocalır - ARAŞDIRMA
Hazırda oxunan: Heç vaxt evlənməyən kişilər daha sürətli qocalır - ARAŞDIRMA
635478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































