“Yüksəliş” müsabiqəsinin qalibinə bu nazirlikdə vəzifə verildi

“Yüksəliş” müsabiqəsinin qalibinə bu nazirlikdə vəzifə verildi

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinin qalibinə bu nazirlikdə vəzifə verildi
95886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılovaya yeni vəzifə verilib.

Bizim.Media xəbər verir ki, o, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, N.İsmayılova 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq ticarət ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə ADA Universiteti ilə Maastrixt Biznes Məktəbinin (Niderland) müştərək EMBA (Biznes inzibatçılığı) ixtisası üzrə magistr təhsili alıb.

İnstitusional quruculuq, təşkilati transformasiya, layihə idarəetmə sistemlərinin qurulması sahəsində müxtəlif həcmli proqram və layihələrin idarə olunması üzrə 10 ildən artıq təcrübəyə malikdir.
Layihələrin İdarə Olunması İnstitutunun (Project Management Institute – PMI) Azərbaycan nümayəndəliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. 

Bizim.Media

“Yüksəliş” müsabiqəsinin qalibinə bu nazirlikdə vəzifə verildi - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO