Birdəfəlik ödəmə ilə təmin olunan müharibə əlillərinin SAYI 

Birdəfəlik ödəmə ilə təmin olunan müharibə əlillərinin SAYI 

Hazırda oxunan: Birdəfəlik ödəmə ilə təmin olunan müharibə əlillərinin SAYI 
94545
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 15 000-i ötüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, proqram 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxsləri, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.
Onlara proaktiv qaydada birdəfəlik ödəmə təyin edildikdən sonra həmin vəsait bank hesablarına köçürülür və bu barədə SMS göndərilir.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün proaktiv qaydada birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etmişsə vərəsələri müvafiq sənədləri //sosial.gov.az linkində qeyd edilən qaydada təqdim etdikdə onlara da qeyd olunan ödənişlər təyin olunaraq hesablarına köçürülür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO