Abid Şərifov:  Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi

Abid Şərifov: Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi

Hazırda oxunan: Abid Şərifov: Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi

94317
“Hələ araşdırmalar gedir”x9d.

Şəkidə 7 bal gücündə zəlzələ baş verən qəsəbədə 90-a yaxın ailə yaşayır, 90 ev var. Qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb.

Moderator.az apa-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

Şərifovun sözlərinə görə, Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib, Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub: 

“Hələ araşdırmalar gedir. Bununla belə, dünən dövlət başçısının göstərişi, Nazirlər Kabinetinin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO