Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Hazırda oxunan: Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

94246

Hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı iləxa02015-ci il 18-28 sentyabr tarixlərində Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a daxil olan məlumata görə, festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmışxa0musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan,xa0Miina Yarvi vəxa0başqaları iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında”x9d 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilərxa0və digər mədəni tədbirlər təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO