“Növbəti tədris ilindən Şuşa və Ağdam məktəblərində ilk zəng çalınacaq” – NAZİR  

“Növbəti tədris ilindən Şuşa və Ağdam məktəblərində ilk zəng çalınacaq” – NAZİR  

Hazırda oxunan: “Növbəti tədris ilindən Şuşa və Ağdam məktəblərində ilk zəng çalınacaq” – NAZİR  
93960
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə məktəblərin tikintisi prosesi gedir. Şuşa və Ağdam məktəbi bu tədris ilinin sonu artıq tam hazır olacaq. Bəlkə də bir az daha tez”. 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, növbəti tədris ilindən o məktəblərdə də ilk zəng çalınacaq: 

“Bunlar böyük - 960 nəfərlik məktəblərdir. Cəbrayıl və Füzuli bölgələrində məktəblərdə tikinti işləri başlanılıb. Suqovuşan qəsəbəsindəki məktəb təmirdən sonra hazır vəziyyətdədir.  

Füzuli peşə liseynin hazırlıq prosesi bitmək üzrədir. Şuşa Real məktəbinin də artıq layihələndirilməsi bitib. Bütün bu layihələr özlüyündə 10 minlərlə şagirdi əhatə edəcək". 
Nazir əlavə edib ki, şəhərsalma-proqnozlaşdırma baxımından köçürüləcək əhalinin planlaşdırılması, hazırda müxtəlif bölgələrdə fəaliyyətdə olan məktəblərin düzgün şəkildə köçürülməsi, o cümlədən müəllimlərin işlə təmin olunması, bu bölgələrdə keyfiyyətli tədrisin təmin edilməsi kimi layihələr üzərində isə iş aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO