Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi - FOTO

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi - FOTO

Hazırda oxunan: Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi - FOTO
93001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımı şəbəkəsinin yenidən qurulması işləri çərçivəsində Laçın rayonunda yerləşən Laçın Radio-Televiziya Yayımı Stansiyası (RTYS) sentyabrın 9-da istismara verilib. 

Bizim.Media xəbər verir ki, stansiyanın işinin müvəqqəti bərpası məqsədilə mövcud 20 metrlik qüllədən və texniki binadan istifadə edilib. 

Nəticədə rəqəmsal paketdə 8 TV proqramının (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC, Real TV), Azərbaycan Radiosunun, İctimai Radionun Laçın rayonunda, həmçinin Şuşa və Qubadlı rayonlarının Laçın istiqamətində olan kəndlərində yayımı təmin olunub. 

Stansiyanın infrastruktur və yayım imkanlarının artırılması istiqamətində gələcəkdə müvafiq işlərin görülməsi nəzərdə tutulur. 

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə buna qədər Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan) və Xanlıq (Qubadlı) RTYS-lərin fəaliyyəti müvəqqəti bərpa olunub. Hazırda Şuşa RTYS-dən 10 televiziya, 7 radioproqramın, Kəlbəcər, Mincivan, Xanlıq və Laçın RTYS-lərin hər birindən 8 televiziya və 2 radioproqramın yayımı həyata keçirilir. 
Qeyd olunan stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və digər yaxın ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.

Bizim.Media

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi - FOTO - foto 1
Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi - FOTO - foto 2
Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO