Xəzərdə dalğanın hündürlüyü 3.5 metrə çatıb - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 3.5 metrə çatıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Xəzərdə dalğanın hündürlüyü 3.5 metrə çatıb - FAKTİKİ HAVA
92506
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 7-nə olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, 1 sutka ərzində düşən yağıntının miqdarı Lənkəranda 51.0 mm (aylıq normanın 86%-i), Şəkidə 47.0 mm (aylıq normanın 32 %-i), Qaxda 42.0 mm (aylıq normanın 50%-i), Oğuzda 38.0 mm (aylıq normanın 28%-i), Astarada 35.0 mm (aylıq normanın 70%-i), Zaqatalada 33.0 mm (aylıq normanın 28%-i), Qəbələdə 32.0 mm (aylıq normanın 25%-i), Balakəndə 31.0 mm (aylıq normanın 26%-i), Yardımlıda 19.0 mm, Lerikdə 12.0 mm, Şəmkirdə 11.0 mm, Qusarda 10.0 mm, Ləzədə 9.0 mm, Şahdağda 8.0 mm, Şabran, Qubada 7.0 mm, Xaltan, Qrız, İsmayıllıda 6.0 mm, Altıağacda 5.0 mm, Xınalıq, Kürdəmir, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Xaçmaz, Naftalan, Ağdamda 3.0 mm, Zərdab, Ağstafa, Şamaxı, Gədəbəydə 2.0 mm, Bərdə, Yevlax, Beyləqan, Biləsuvar, İmişli, Ağdərədə (Ordubad) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 9.0 mm, Bakıda 4.0 mm, Neft Daşları, Binədə 2.0 mm, Çilov adası, Pirallahıda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Neftçala, Culfada 20 m/s, Hacıqabulda 18 m/s, Bakıda 25 m/s, Çilov adasında 19 m/s, Pirallahı, Sumqayıtda 18 m/s, Neft Daşları, Binədə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO