TƏBİB-dən Xalq artistinin koronavirusa yoluxması ilə bağlı rəsmi AÇIQLAMA

TƏBİB-dən Xalq artistinin koronavirusa yoluxması ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: TƏBİB-dən Xalq artistinin koronavirusa yoluxması ilə bağlı rəsmi AÇIQLAMA

91315

Xalq artisti Ənvər Həsənovun müalicəsi TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam etdirilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı TƏBİB yayıb.

30.08.2022-ci il tarixində “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - 31.08.2022-ci ildə pozitiv çıxıb.

Eyni zamanda, 31.08.2022-ci ildə xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib.

Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.
Qeyd edək ki, xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO