“20 yanvar şəhidləri bizim müstəqilliyimizin müəllifləridir” - Fazil Mustafa

Hazırda oxunan: “20 yanvar şəhidləri bizim müstəqilliyimizin müəllifləridir” - Fazil Mustafa

9055

"20 Yanvar ömrümüzün ən maraqlı günlərindən biridir. Çünki bu gün müstəqillik yolunda Azərbaycan cəmiyyətinin şərəf tarixiridir. Eyni zamanda ibrət dərsləri kimi götürülməsi vacib olan bir tarixdir”.

Bu fikirləri “Bizim.Media”ya açılamasında 20 Yanvar haqqında danışarkən millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa bildirib.

Deputat o tarixin canlı şahidi olduğunu, proseslərdə iştirak etdiyini də vurğulayıb.

“Biz o zamanlar həm universitet tələbəsi, həm də xalq hərəkatının iştirakçılarından biri olaraq iştirak etmişik, ən təhlükəli mövqeylərdə olmuşuq. Biz o zaman rus əsgərlərinin və bölgələrdən gətirilmiş əsgərlərin orada törətdiyi əməllərin hamısının şahidi olduq. Yüzlərlə insan, dinc vətəndaşlarımız qətl edildi.

Həmin gecə biz Azərbaycan övladlarının qəhrəmanlıqlarına şahid olduq. Bu insanlar tankların, sovet ordusunun qarşısında keçərək böyük fədakarlıq etdilər.”

Sonda F.Mustafa 20 yanvar şəhidlərinin müstəqilliyimizin müəllifləri olduğunu da qeyd edib.  “Bu insanların xatirəsi Azərbaycan xalqı üçün hər zaman ucadır. Şəhidlərimiz üçün hər zaman dualarımızı edirik. Onlar bizim müstəqilliyimizin müəllifləridir. Bu tarix hər zaman xatırlanacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO