Türkiyədə müalicədən qayıdan qazi ziyarət edildi - FOTO

Hazırda oxunan: Türkiyədə müalicədən qayıdan qazi ziyarət edildi - FOTO

90287

Xaçmazda Vətən Müharibəsi qazisi Çingiz Məmməd oğlu Vəçhiyev yaşadığı evdə ziyarət edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əməkdaşları ilə birgə Niyazoba kəndinə gələn Xaçmazın icra başçısı Elnur Rzayev qazi və ailəsi ilə söhbət edib.

Çingiz Vəçhiyevin səhhəti ilə maraqlanan icra başçısı ailənin problemləri ilə maraqlanıb.

Qeyd edək ki, Çingiz Vəçhiyev Vətən müharibəsinə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi qatılıb və döyüşlərin birində ağır yaralanıb.

"YAŞAT" Fondu vasitəsi ilə Türkiyədə müalicə olunan qazi bir müddət əvvəl vətənə qayıdıb.

Göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir neçə döyüş medalları ilə təltif edilən Çingiz Vəçhiyev 1-ci dərəcəli Vətən Müharibəsi əlilidir.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO