“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanışı oldu - FOTO

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanışı oldu - FOTO

Hazırda oxunan: “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanışı oldu - FOTO
90083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstan Respublikasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin paytaxt Nur-Sultan şəhərində təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mərasimdə Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov və nazirliyin digər rəhbər heyəti, hərbi attaşelər, komandaların üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

“Artilleriya atəşinin ustaları” haqqında videoçarx nümayiş etdirildikdən sonra müsabiqədə iştirak edən dövlətlərin bayraqları səhnəyə gətirilib.

Tədbirdə çıxış edən general-leytenant M.Xusainov iştirakçıları salamlayıb və hər bir komandanın yarışlar müddətində yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib.

Qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Qazaxıstan Respublikasının Dövlət Himni səsləndirilib və “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.
Bağlanış mərasimində konsert proqramı təqdim olunub.

Qeyd edilib ki, 9 komandanın mübarizə apardığı müsabiqənin yekun nəticələrinə əsasən Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan komandası isə üçüncü yerə layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO