
- A-
- A
- A+
Cəmiyyət
09:17 / 21.08.2022
1 dəq oxunma
Quba və Şabranda yanğın tam söndürüldü - FOTO
Hazırda oxunan: Quba və Şabranda yanğın tam söndürüldü - FOTO
89636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ötən gün Şabran rayonunda müşahidə edilən tüstülənmə ocaqları söndürülüb.
Bu barədə informasiya Bizim.Media-ya Şabran RİH-dən verilib.
MÖVZU İLƏ BAĞLI:
Siyəzən və Qubada yanğınlar nəzarətə götürüldü – FOTO/VİDEO
Bununla belə, FHN-in yanğınsöndürən avtomobilləri ərazidə növbə çəkməyi davam etdirirlər.
Qubada da eyni vəziyyətdir. Rayon icra hakimiyyətindən bildirilib ki, Vəlvələ, Qasımqışlaq və Təngəaltı kəndlərində tüstülənmə ocaqları zərərsizləşdirilib.
Ancaq texnikalar ərazini tərk etməyib, hər hansı tüstü, alov qeydə alınacağı təqdirdə tez söndürmək üçün növbə çəkirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































