Siyəzən və Qubada yanğınlar nəzarətə götürüldü – FOTO/VİDEO 

Siyəzən və Qubada yanğınlar nəzarətə götürüldü – FOTO/VİDEO 

Hazırda oxunan: Siyəzən və Qubada yanğınlar nəzarətə götürüldü – FOTO/VİDEO 
89567
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Respublikanın Şimal regionunda meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, hazırda Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın nəzarətə götürülüb və soyutma işləri aparılır.

Burada təxminən 40 hektar ərazidə yanğın olub. Yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və çətin şəraitdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.
Burada yanğınla mübarizə tədbirlərinə FHN-in müvafiq qüvvələrinin 200 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər cəlb olunub. 

Yanğının baş verdiyi Quba rayonunun Qoşabulaq kəndi yaxınlığında də yanğınsöndürmə əməliyyatları davam etdirilir. Görülmüş müvafiq tədbirlər nəticəsində burada qeydə alınan yanğın artıq nəzarət götürülüb və soyutma işləri aparılır. 

Qeyd edilib ki, avqustun 15-dən etibarən Şimal regionunda baş verən yanğınlar nəticəsində bu günədək təxminən 5 min hektar ərazi yanıb. 

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO