Etibar Pirverdiyevə borca görə 5 il möhlət verildi

Etibar Pirverdiyevə borca görə 5 il möhlət verildi

Hazırda oxunan: Etibar Pirverdiyevə borca görə 5 il möhlət verildi

88945
Nazirlər Kabineti “Azərenerji”x9d ASC-yə vergi, faiz və maliyyə sanksiyalarına görə borcun ödənilməsi üzrə 5 illik möhlət verib.

Baş nazir Artur Rasizadə müvafiq sərəncamı 27 iyul 2015-ci il tarixində imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Vergilər Nazirliyinə 2015-ci ilin dövlət büdcəsinin icrası üçün nəzərdə tutulmuş məbləğlər istisna olmaqla, “Azərenerji”x9d ASC-nin balansından “Azərişıq”x9d ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan vergi, faiz və maliyyə sanksiyalarının ödənilməsinə qanunvericiliklə müəyyən edilmiş qayda və müddətlər gözlənilməklə 2020-ci il 31 dekabr tarixinədək möhlət verilməsi üçün qanunamüvafiq tədbirlər görmək tapşırılıb. Vergi möhləti 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş məbləğə şamil edilmir.

Energetika Nazirliyinə “Azərenerji”x9d və “Azərişıq”x9d ASC-lərlə birlikdə 3 ay müddətində “Azərenerji”x9d ASC-nin balansından “Azərişıq”x9d ASC-nin balansına verilən regional paylayıcı elektrik şəbəkələrinin 2015-ci il 1 aprel tarixinə olan debitor və kreditor borclarının məbləğlərinin müvafiq təsdiqedici sənədlər əsasında dəqiqləşdirilməsini və balansa alınmasını təmin etmək tapşırılıb.

Maliyyə Nazirliyi isə Vergilər Nazirliyi və “Azərenerji”x9d ASC ilə birlikdə “Azərenerji”x9d ASC-nin kreditor borclarının tənzimlənməsinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, “Azərişıq”x9d Açıq Səhmdar Cəmiyyəti haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli sərəncamına əsasən, “Azərenerji”x9d ASC-nin idarəçiliyində olan regional paylayıcı elektrik şəbəkələri “Azərişıq”x9d ASC-nin balansına verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO