
- A-
- A
- A+
“Azəristiliktəchizat” ASC-nin idarə rəisi mətbuata niyə ETİRAZ EDİR? - “İşimdən azad olunmamışam”
Bir neçə gün öncə "Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri (Qalib Hüseynli və Araz Məmmədov) tutduqları vəzifələrdən azad edildikləri barədə məlumatlar dərc olunub.
Lakin sözügedən rəislərdən biri olan Qalib Hüseynli Bizim.Media-ya yayılan xəbərlərlə bağlı etirazını bildirib. Onun sözlərinə görə, yayılan məlumatların heç biri həqiqəti əks etdirmir:
“Mən hazırda işimə davam edirəm. Həmçinin bununla yanaşı Dövlət İmtahan Mərkəzində sektor müdiriyəm. Yayılan saxta məlumat haqqımda aparılan qara piyardır”.
Məlumatı dəqiqləşdirmək üçün "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı ilə saxladıq. Mətbuat katibi Qalib Hüseynlinin sözügedən qurumda fəaliyyətini fəaliyyətini davam etdirdiyini bildirib:
“Onun ərizəsi nəzərə alınaraq başqa işə keçirilib. Lakin hazırda Qalib Hüseynli "Azəristiliktəchizat" ASC-də çalışır” ,- deyə E.Basqallı qeyd edib.
Qeyd edək ki, Qalib Hüseynli hazırda Bakı şəhəri 11 saylı İstilik Sistemləri İstismar Sahəsinin
baş mühəndisi təyin olunub.
Səkinə Yusibli, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































