TQDK: Bəzən abituriyentlər ixtisas seçimini mürəkkəb proses kimi qəbul edirlər

TQDK: Bəzən abituriyentlər ixtisas seçimini mürəkkəb proses kimi qəbul edirlər

Hazırda oxunan: TQDK: Bəzən abituriyentlər ixtisas seçimini mürəkkəb proses kimi qəbul edirlər

88564
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarında iştirak edərək ixtisas seçimi müsabiqəsinə buraxılan abituriyentlərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, bəzən abituriyent və valideynlər ixtisas seçimini çətin və mürəkkəb bir proses kimi qəbul edirlər. Əslində isə bu, sadə bir prosesdir.

TQDK abituriyentlərə ixtisas seçimi zamanı diqqətli olmağı da tövsiyə edib: “Artıq seçdiyi ixtisas qrupu üzrə imtahan balları abituriyentlərə məlumdur. Bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi etmək və təsdiqləmək vəzifəsi durur. İxtisas seçimi edən zaman bəzi məsələlərə diqqət yetirmək, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim edilən məlumat və tövsiyələrlə tanış olmaq lazımdır”x9d.

TQDK ixtisas seçimi zamanın nələrin vacib olduğunu bilmək üçün abituriyentlərə //eservices.tqdk.gov.az/2015/index100.html linkinə daxil olmağı da tövsiyə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO