Yanan bina sakinləri evlərinə köçdülər  - FOTOLAR

Yanan bina sakinləri evlərinə köçdülər - FOTOLAR

Hazırda oxunan: Yanan bina sakinləri evlərinə köçdülər - FOTOLAR

88010
Report-un əməkdaşı binaya baş çəkib, binanın hazırkı vəziyyəti ilə tanış olub, son vəziyyətlə bağlı bina sakinlərinin münasibətini öyrənib.

Bina sakinləri bildiriblər ki, yanan mənzillərin hamısı təmir olunub və istifadəyə verilib.

Mənzilləri yanan binanın sakinləri təmir işlərindən razı olduqlarını qeyd ediblər. 

Evlərinin əvvəlki təmiri ilə indiki vəziyyət arasında böyük fərq olduğunu söyləyiblər.
Sakinlərdən biri qeyd edib ki, yanan mənzillərin sahibləri 2 ay hər ay üçün 500 manat olmaqla kirayə pulu ilə təmin ediliblər: "Həmin müddətdə də mənzillər təmir olunub təhvil verildi. Hər bir yanan mənzilin sakininə 15 min manat kompensasiya verilib".

Buna baxmayaraq, sakinlər arasında narazı qalanlar da var: "Yanğın zamanı binanın yanmayan, lakin tüstü və yanğınsöndürənlərin istifadə etdiyi təzyiqli sudan müəyyən zərər çəkən mənzillərində heç bir təmir işləri aparılmayıb və həmin sakinlərə təzminat ödənilməyib". 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO