Tanınmış hüquqşünas Aslan İsmayılov daha bir ibrətamiz statusla çılxış edib:
"Bir daha qədim yunanların hələ iki min il bundan əvvəl "hər bir millət öz hökmdarına layiqdir" fikirinin düz olduğuna əmin oluram. Bir az dəyişiklik edib belə də demək olar: "hər bir millət yaşadığı həyat tərzinə layiqdir".
2010-cu ilin oktyabr ayında Facebook səhifəm açıldı. Təxminən bir il sonra bu şəbəkənin insanların öz həyat tərzini yaxşılaşdırmaq üçün bir şans olduğunu gördüm və dəfələrlə bu fikiri elə səhifələrimdə paylaşdım. Amma çox heyf ki, hələ də çoxlarımız bu şansın nə olduğunu anlamamışıq. Bu gün ölkə əhalisinin təxminən 1 milyon 300 min nəfəri Facebook istifadəçiləridir. Bu ölkə əhalisinin qərar qəbul edəcək üzvlərinin az qala yarısı deməkdir. Biz isə yenə də güzaranımızdan narazıyıq və bunda başqalarını günahlandırırıq. Mənim qənaətim isə birmənalıdır: Hər şeydə özümüz günahkarıq! Əksəriyyət öz həyatının yaxşılaşması üçün heç nə etmək istəmir, bunu başqalarından gözləyir, digərilərinin özbaşnalıqlara etirazına isə həmişə eybəcər don geyindirmək istəyir. Bu mövqe mənim üçün həmişə çox ağrılı olub və gələcək yazılarımda bu mövzunu daha ətraflı şərh edəcəm.
ANS-in "yaxşı vaxtlar"ında "Nəzər Nöqtəsi" verilişi yaşlı nəslin yəqin ki, yadındadır. Həmin verilişlərdə, xüsusilə 2003-2005-ci illər ərzində Gömrük Komitəsində, Vergilər, Səhiyyə, İqtisadi İnkişaf Nazirliklərində və bir çox digər sahələrdə olan qanunsuzluqlar, korrupsiya halları barədə konkret faktları, Kəmaləddin Heydərov, Fazil Məmmədov, Əli İnsanov, Fərhad Əliyev və digərilərini göstərməklə daim çıxışlar edirdim. Hər çıxışdan sonra öndə olan qəzetlər daim məni kiməsə satılmaqda, kimdənsə pay almaqda, deputat mandatına sevgidə suçlayırdılar, yaxşı halda isə ancaq özlərinə sərf edən çıxışlara münasibət bildirərdilər. Heç kim qaldırılan mövzunun üstünə getmədi. Çünki hesab edirdilər ki, onlardan deyiləm. Dəqiq yadımdadır, Gömrük Komitəsi ilə bağlı verilişlərin birində inhisarçılığı konkret faktlarla ifşa etmişdim. Bir gün sonra "Azadlıq" qəzeti bir səhifəlik yazı ilə məni birbaşa Fərhad Əliyevin göstərişi ilə hərəkət etdiyimi yazdı. Bir müdddət sonra isə Fərhad Əliyevi Nəzər Qocayev adlı bir sahibkarın əmlakını qanunsuz olaraq əlindən alıb o vaxtlar AzNeft-in rəhbəri olan rəhmətlik Ramiz Mirzəyevə verməkdə ittiham etmişdim. Bu dəfə "Azadlıq" qəzeti məni Kəmaləddin Heydərovun göstərişi ilə hərəkət etdiyimi yazdı. Eyni cür də başqaları da edirdi.
İndi yenə Facebook səhifəmdə ”ª#”ŽAZAL”¬-la bağlı yazılarıma olan şərhlərdə bəziləri məni mandata satılmaqda, kimlərinsə göstərişi ilə hərəkət etməkdə, demoqoqiya, özünü reklamla məşğul olmaqda suçlayırlar. Yaxşı halda isə bir çoxları məni və AZAL-la bağlı mövqe ortaya qoyanları havayı, boş, faydasız işlə məşğul olmaqda, hakimiyyətə qulluq etməkdə suçlayırlar. Məhz belə mövqe, yəni: susun! danışmayın! nə işiniz var? demək hakimiyyətə qulluq etməkdir.
Hamı bilməlidir: Heç kim bizim əvəzimizə Vətənimizdə qayda-qanun yaratmayacaq! Bizim əvəzimizə bizi rəzil gününə salanlara, belimizə minmək istəyənlərə, gözümüzün içinə baxa-baxa yalan danışanlara, bizi qanmaz yerə qoyanlara, Vətənimizi talan edənlərə, bizi insan kimi yaşamağa layiq olmayan millət kimi dünyaya təqdim edənlərə etiraz etməyəcək! Mübarizə aparmaq yalnız "Azadlıq", "İstefa", "Rədd olsun Diktator" şüarları qışqırmaq, hakimiyyət təmsilçilərinin ünvanına təhqirlər səsləndirib sonra Avropada sığınacaq almaq deyil. Bolşevizm dövrü artıq geridədir. Bu gün əsl mübarizə, hakimiyyətə can atmadan, gördüyün konkret qanunsuzluq, korrupsiya hallarını ictimailəşdirmək və bunu qınamaqdır. Elə bir ictimai mühit yaradılmalıdır ki, rüşvət almaq, büdcəni talamaq, kiminsə haqqını pozmaq ayıb sayılsın, fahişəlikdən də pis əməl kimi dəyərləndirilsin. Daha bu günki kimi, şortik geyinənlərlə mübarizə olmasın."





































































































