Qubada kəşfiyyatçı şəhidin qardaşının TOYUNDAN maraqlı görüntülər – FOTO/VİDEO  

Qubada kəşfiyyatçı şəhidin qardaşının TOYUNDAN maraqlı görüntülər – FOTO/VİDEO  

Hazırda oxunan: Qubada kəşfiyyatçı şəhidin qardaşının TOYUNDAN maraqlı görüntülər – FOTO/VİDEO  

85934

Bu gün Qubada şəhid qardaşının toy mərasimi olub.

Rayonun Alekseyevka kəndində yeləşən şadlıq sarayında Vətən Müharibəsi şəhidi Nizami Aydəmirovun qardaşı, Bağbanlı kənd sakini Nizam Aydəmirovun toy məclisi baş tutub.

Toyda şəhidin yaxınları, kənd sakinləri ilə yanaşı, Quba İH başçısı Ziyəddin Əliyev də iştirak edib. Onun müavinlərinin, DTX-nin rayon şöbəsinin rəisinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, yerli YAP sədrinin, rayon fəallarının qatıldığı məclisdə rayon rəhbəri rəsmiyyətdən çox, səmimiyyət göstərərək fəal iştirak edib.

Quba Şəhidlər Xiyabanında şəhid qardaşı Nizami Aydəmirovun və bütün şəhidlərin məzarlarını ziyarət etdikdən sonra birbaşa şadlıq sarayına gələn Nizam və xanımı Aytənin şad günündə rayon rəhbərliyinin iştirakı hamının ürəyincə olub.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Quba İH başçısı Ziyəddin Əliyev yeni ailə quran cütülüyü təbrik edərək onlara xoşbəxtlik arzulayıb.

Çıxışında rayon rəhbəri vurğulayıb ki, Vətən Müharibəsi şəhidi Nizami Aydəmirovun valideynləri bir neçə il əvvəl vəfat edib, ona və bacı-qardaşlarına baxan 90 yaşlı ata nənəsi Hürməleykə xanım isə Nizami şəhid olandan bir həftə sonra dünyasını dəyişib.

Z.Əliyev deyib ki, indi şəhidin, onun bacı-qardaşlarının valideynləri Prezidentdir, dövlətdir, bizik:

“Böyük məmnuniyyətlə bu toya vaxt ayırdıq və həvəslə iştirak etdik. Bu, bizim müqəddəs borcumuzdur."

Sonra Z.Əliyev və digər rəsmilər "Yaşa, Azərbaycan" mahnısının sədaları altında bəy-gəlinlə rəqs ediblər.

Qeyd edk ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, kəşfiyyatçı maxe 2020-ci il oktyabr ayının 5-də Füzulinin Alxanlı kəndi istiqamətində qəhrəmancasına şəhid olub.
Subay idi. Ruhu şad olsun!

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO