Ermənilər atəş açdı: 2 uşaq, 1 qadın yaralandı  - TOVUZDA

Ermənilər atəş açdı: 2 uşaq, 1 qadın yaralandı - TOVUZDA

Hazırda oxunan: Ermənilər atəş açdı: 2 uşaq, 1 qadın yaralandı - TOVUZDA

85771
Erməni silahlılarının açdığı atəş nəticəsində Tovuzun Əlibəyli kəndində 3 nəfər yaralanıb.
 
Moderator.az trend-ə istinadən xəbər verir ki, düşmən ordusu cəbhə kəndlərində yaşayan sakinləri hədəf seçməkdə davam edir.
 
İyulun 13-də erməni silahlılarının açdığı atəş nəticəsində Tovuz rayonunun Əlibəyli kəndində 2-si uşaq olmaqla 3 nəfər güllə yarası alıb. Yaralılar dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.
 
Zərərçəkənlərin və qonşuların sözlərinə görə, həyətdə olarkən qəfildən açılan atəş 12 yaşlı Nərmin, onun 8 yaşlı qardaşı Tuncay Xanbabayevə və 44 yaşlı Durdanə Nağıyevaya dəyib. İriçaplı silahdan açılan atəş zamanı həyətə düşən mərminin qəlpələri azyaşlıların və 44 yaşlı kənd sakininin müxtəlif nahiyələrini yaralayıb. Həkimlər hazırda xəstəxanada müalicə alan zərərçəkənlərin vəziyyətini kafi qiymətləndirirlər.
 
Qeyd edək ki, 12 yaşlı Nərmin və 8 yaşlı Tuncay Xanbabayevlər Əlibəyli kəndinə qonaq gediblərmiş.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO