Vaqif Əsədov media nümayəndələrini təbrik etdi

Vaqif Əsədov media nümayəndələrini təbrik etdi

Hazırda oxunan: Vaqif Əsədov media nümayəndələrini təbrik etdi
84841
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uzun müddət Azərbaycan Respublikasının DİO-da xidmət etmiş və müxtəlif vəzifələrdə işləmiş, polis polkovniki cənab Vaqif Əsədov, "22 iyul Mətbuat günü" ilə bağlı bütün Media nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

Mənim üçün unudulmayan, əziz və çox hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar!
 

22 iyul Milli Mətbuatımızın 147 illiyi təntənə ilə keçirilir. Cəmiyyətimizin aynası, ictimai fikrin inikası, xalqımızın aydınları olan və bütün sahələr üzrə vətəndaşlarımızı maarifləndirən jurnalistlər, mətbuat əhli öz peşə bayramını qeyd edir. Bu münasibətlə hər birinizi səmimi qəlbdən təbrik edir Sizə uzun ömür, möhkəm can sağlıgı, ailə səadəti, sevincli günlər, peşə fəaliyyətinizdə daim uğurlar qazanmağı arzu edirəm. Qələminiz hər zaman kəsərli, sözünüz mənalı, fikriniz məzmunlu olsun.


Əlavə olaraq bildirim ki, uzun illərdir əl-ələ verib yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində sizinlə birgə çalışmışıq.

Dəyərli həmkarlarım olaraq Yol Polisinin fəaliyyətini hər zaman yüksək qiymətləndirmiş, aparılan təbliğat və təşviqat işlərini peşəkarlıq və qələminizin gücü ilə ictimaiyyətə çatdırmısınız. Hər zaman Dövlət Yol Polisinin xidmətinə olan diqqətinizi, qayğınızı və şəxsən mənimlə səmimi əməkdaşlığımıza verdiyiniz önəmi yüksək qiymətləndirir, hər birinizə dərin təşəkkür edirəm.

Ümid edirəm ki, gələcəkdə də vətənimizin xalqımızın, millətimizin xoşbəxt gələcəyi naminə birgə daha çox işlər görəcəyik.

Bu gün, təqaüddə olmağıma baxmayaraq, keçmiş həmkarınız kimi hər zaman sizə dəstək olmağımı fəxrlə qeyd edirəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO