
- A-
- A
- A+
Yaralı döyüş yoldaşını xilas edərkən şəhid olan Rəşidin xatirəsi əbədiləşdirildi - FOTO
Xaçmaz rayonundan olan Vətən müharibəsi şəhidi Rəşid Mədinovun doğulduğu Yeni Həyat qəsəbəsində xatirə-bulaq kompleksinin açılışı olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon rəhbərliyinin, döyüşçü yoldaşlarının, şəhid ailələrinin və digər ictimaiyyət nümayəndələrinin qatıldığı açılış mərasimindən əvvəl Yeni Həyat qəsəbəsindəki qəbristanlıqda şəhid məzarları ziyarət edilib, xatirələri hörmətlə anılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsində Xocavənd, Suqovuşan və Füzuli uğrunda gedən döyüşlərdə fəal iştirak edən Rəşid Mədinovun 24 illik şərəfli həyatından ətraflı danışıb.
Bildirib ki ,səfərbərlik yolu ilə könüllü cəbhəyə yollanan topçu Rəşid Mədinov yaralı döyüş yoldaşını atəş altından çıxararkən şəhid olub.
Döyüşçü yoldaşları da Rəşidlə bağlı xatirələrini söyləyərək, xatirəsini ehtiramla anıblar.
Rayon rəhbəri Elnur Rzayev şəhidlərin haqqının ödənilməz olduğunu deyərək, belə bir igid oğul böyütdükləri üçün valideynlərinə minnətdarlıq edib.
Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































