II Milli Yaylaq Festivalına hazırlıq işləri necə gedir? - FOTO

II Milli Yaylaq Festivalına hazırlıq işləri necə gedir? - FOTO

Hazırda oxunan: II Milli Yaylaq Festivalına hazırlıq işləri necə gedir? - FOTO
84119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu gün Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər rəhbəri II Milli Yaylaq Festivalının keçiriləcəyi ərazini gəzərək, hazırlıq işləri ilə maraqlanıb. 

“Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, hazırda II Milli Yaylaq Festivalının keçiriləcəyi etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq (k/t) bazarı”, “Sənətkarlıq güşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər tematik sahələr qurulur.

Niyazi Bayramov ərazini gəzərək, burada çalışan işçi və könüllülərlə söhbət edib. Daha sonra Xan yaylağının üst hissəsində yerləşən Cavad xan zirvəsi ziyarət olunub. 

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti II Milli Yaylaq Festivalının rəsmi tərəfdaşlarından biridir. II Milli Yaylaq Festivalının 29-31 iyul tarixlərinə keçirilməsi nəzərdə tutulur. Festivala yerli iştirakçılarla yanaşı, 22 xarici ölkədən 300-ə yaxın iştirakçının və fəxri qonaqların dəvəti planlaşdırılır.

Məqsəd Rəhimov Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO