Dövlət Komitəsi Lənkəranda döyülən məktəbli ilə bağlı məsələni NƏZARƏTƏ GÖTÜRDÜ

Dövlət Komitəsi Lənkəranda döyülən məktəbli ilə bağlı məsələni NƏZARƏTƏ GÖTÜRDÜ

Hazırda oxunan: Dövlət Komitəsi Lənkəranda döyülən məktəbli ilə bağlı məsələni NƏZARƏTƏ GÖTÜRDÜ
83883
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın evində döydüyü iddia edilən 9-cu sinif şagirdi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. 

Bu barədə Bizim.Media-ya komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda İcra başçısının müavini direktorun gözü qarşısında məktəbli qıza İŞGƏNCƏ verdi – FOTOFAKT + ÖZƏL 


Onun sözlərinə görə hadisə mediada yayılan kimi Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edilib:

“İcra hakimiyyətindən bizə hələki araşdırma getdiyi bildirilib. Yeniyetmənin kim tərəfindən fiziki zorakılığa məruz qalmasından asılı olmayaraq hadisəyə hüquqi qiymət verilməsini tələb edirik”. 

Xatırladaq ki, Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovanın anası Ləman camalovanın iddisına görə qızı rayon icra başçısının müavini Rasilə Əliyeva tərəfindən evinə çağırılaraq döyülüb. Başında, üzündə və bədənində ağır travmalar alan yeniyetmə hazırda xəstəxanadadır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO