Reabilitasiya Mərkəzində 1386 qazi SAĞALIB – Mərkəz DİREKTORU

Reabilitasiya Mərkəzində 1386 qazi SAĞALIB – Mərkəz DİREKTORU

Hazırda oxunan: Reabilitasiya Mərkəzində 1386 qazi SAĞALIB – Mərkəz DİREKTORU

83658

Vətən müharibəsindən bu günədək Sanator-Kurort Reabilitasiya Mərkəzində 1386 qazi müalicə olunub. 

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Sanator-Kurort Reabilitasiya Mərkəzinin direktoru Mürsəl Mürsəlov bildirib. Onun sözlərinə görə mərkəzə həftədə ortalama 5-10 qazi müraciət edir:

“Yay olduğuna görə müraciətlərin sayı bir qədər azalıb. Amma digər mövsümlərdə 15-ə qədər artır. Əlilliyi olan qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reablitasiya mərkəzlərində nəticə görmədikdə bizə müraciət edirlər. Biz isə onları qəbul edirik. Müharibədə iştirak edib, hər hansı xəsarətlər alıb, əlillik statusu olmayan qazilər də müracit etdikcə qəbul edirik”.
 

MÖVZU İLƏ BAĞLI:

Əlilliyi olan şəxslər reabilitasiya vasitələri ilə təmin edilib


Mürsəl Mürsəlov qazilərin mərkəzə necə cəlb olunması prosesindən də danışıb. O, deyib ki, ya qazilər özləri müraciət edir, onlara xüsusi icazə veriləndən sonra göndəriş alıb mərkəzə gəlir:

“Yaxud da Səhiyyə Nazirliyinin müvafiq şöbəsinin,  eləcə də Heydər Əliyev Fondunun regional-inkişaf fondunun göndərişi ilə işləyirik. Müraciətlər müxtəlifçaplı mərmi zədələnmələri, travmalarla bağlı olub. Həmçinin, periferi sinir zədələnmələri, onurğa-beyin zədələnmələri də qeydə alınıb. Bundan başqa, müraciət edən qazilərdə psixoloji problemlər də aşkarlanır. Bu istiqamətdə də müvafiq müalicələr aparılıb. Bu gün də qazilərin müalicəsi davam etdirilir”.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 14-dən etibarən Sanator-Kurort Reabilitasiya Mərkəzi qazilərə xidmət üçün ayrılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO