AŞ PA ermənipərəstirmi?  ”“ Partiyaların mövqeyi

AŞ PA ermənipərəstirmi? ”“ Partiyaların mövqeyi

Hazırda oxunan: AŞ PA ermənipərəstirmi? ”“ Partiyaların mövqeyi

82984
Nurəddin Məmmədli: “ Ermənipərəstləri biz çox yaxşı tanıyırıq”x9d.

Araz Əlizadə: “ AŞPA-nın qərarlarının heç bir əhəmiyyəti yoxdur”x9d.

Sərdar Cəlaloğlu: ”x9d Nə qədər ki, bu danışıqlar var, Ermənistan tərəfinin bu hərəkətlərinə Avropa birmənalı qiymət verməyəcək”x9d

Dünən AŞPA yay sessiyasında məruzəçilər - Pedro Arqamunt və Tadeuş İvinskinin hazırladıqları “Azərbaycanda demokratik institutların fəaliyyəti”x9d adlı məruzə ilə bağlı 13801 saylı qətnamə qəbul edilib. Sənədin ilkin variantında “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər 7 rayon”x9d ifadəsi də yer alsa da, səsvermə nəticəsində “işğal”x9d sözü “konfliktlə”x9d əvəzlənib.

Avropa Ukrayna və Krım məsələsində Rusiya ilə açıq qarşıdurmadan çəkinmədiyi və bu zaman beynəlxalq hüququ önə sürdüyü bir şəraitdə, başqa bir aqressora, faktiki olaraq beynəlxalq hüququ uzun illərdir çeynəyən Ermənistana qarşı belə xüsusi münasibət sərgiləməsinin səbəbi nədir?


Nurəddin Məmmədli: “Avropa Birliyi ermənipərəst deyil”x9d

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədli isə qeyd edib ki, AŞPA-nın qəbul etdiyi qətnamə ilə heç nə dəyişən deyil:

Təəssüflər olsun ki, bu gün büynəlxalq aləmdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan və bütün şərtlər daxilində Azərbaycan ərazisinin işğaldan tamamilə azad olunmasını tələb edən dövlətlər və beynəlxalq qurumları Azərbaycan hakimiyyəti düşmən elan edib. Konkret olaraq Almaniya bu konflik yaranandan bu günə qədər bütün hallarda, həmin tələbi irəli sürüb. Bundestag bu yaxınlarda Azərbaycan torpaqlarının qeyri-şərtsiz azad olunması məsələsini növbəti dəfə rəsmi şəkildə qərar mətninə daxil edib. Amma buna baxmayaraq Almaniya höküməti Azərbaycan hakimiyyətinin düşməni kimi təqdim olunur və çox acınacaqlıdır ki, Almaniya hakimiyyəti ermənipərəst kimi təqdim olunur.xa0

Eyni zamanda bu fikirləri Avropa Birliyi haqqında da demək olar. Avropa Birliyi neçə ildir ki, özünün qətnaməsində, bütün sənədlərində Azərbaycanda “İnsan hüquq və azadlıqları”x9dnın acınacaqlı vəziyyətdə olduğunu, bütün göstəricilər üzrə Azərbaycanda xa0 “İnsan hüquq və azadlıqları”x9d sahəsində dözülməzlik şəraitinin mövcud olduğunu qeyd etməklə paralel olaraq Ermənistanın işğalşı olduğu tanınır və Azərbaycan torpaqlarının azad olunması tələb olunur. Amma bu məsələnin ikinci tərəfi, yəni sizi maraqlandıran tərəfi kölgədə qalır və Avropa Birliyi ermənipərəst kimi təqdim olunur.xa0

Bu da sizin də, saytınız da, müdafiəsində dayandığı Azərbaycan hakimiyyəti üçün “Dağlıq Qarabağ”x9d probemli, özlərinin antidemokratik, repressiv hakimiyyətlərinə haqq qazandırmaqdan ötrü bir vasitədir. Ona görə də, sizin istəklərinizin Azərbaycan reallığı ilə heç bir əlaqəsi olmadığını təəssüf hissi ilə qeyd etmək məcburiyyətindəyəm. Bu qətnamədə Azərbaycan xalqının maraqlarını ifadə edən çox şeylər var, amma onlar sizi maraqlandırmır. Yalnız problemin həmin hissəsi bu cür vacib mövzuya çevrilib.xa0

Fasiləsiz olaraq hakimiyyət saytlarından mənə zəng olunur ki, sən də Avropa Şurasını ittiham et ki, ermənipərəstdirlər. Xeyr, Avropa Şurası ermənipərəst deyil. Ermənipərəstləri biz çox yaxşı tanıyırıq”x9d.

Araz Əlizadə: “Onlar ancaq düşük xarakterli qərarlar qəbul edə bilərlər“.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə düşünür ki, AŞPA-nın qərarlarının heç bir əhəmiyyəti yoxdur və dünya ədalətsizdir:

“AŞPA-nın qərarlarının heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə AŞPA, ATƏT xa0və bu kimi təşkilatlar dünyda heç bir nüfuza malik deyillər. Bir məsəslədə onların heç bir rolu da yoxdur. Çünki onlar ancaq düşük xarakterli qərarlar qəbul edə bilərlər. Əgər işğalçı sözün işlədən daha güclü, daha nüfüzlu BMT-in Təhlükəsizlik Şurasının qərarı varsa və xa0bu cür təşkilata dünyada məhəl qoyulmur, onda dünya ədalətsizdir. Bəs AŞPA kimi nüfüzü olmayan təşkilatın qərarı ilə nə olacaq?”x9d.


Sərdar Cəlaloğlu: “Danışıqlar dayandırılsa, Azərbaycan danışıqlardan çəkilsə, onda biz beynəxalq ictimaiyyətdən Ermənistanın hərəkətlərinə beynəlxalq hüquqa uyğun qiymət verməsini tələb edə bilərik”x9d

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bildirib ki, AŞPA xa0bu yolla problemi həll etməyə çalışır:
“Burada söhbət ermənilərə xüsusi münasibətdən getmir. Sadəcə olaraq problemi dinc yolla həll etmək etmək üçün o cür dəyişiklik edilir. Bu yolla problemi həll etməyə çalışırlar. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması qeyd olunsa, dərhal beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməli və Azərbaycanın yanında dayanıb, bu əraziləri işğal etməyə Azərbaycana kömək etməlidir. Bu isə danışıq yolu ilə konfliktin həllinin aradan qalxması deməkdir. Necə ki AŞPA, ATƏT bu münaqişənin dinc və demokratik yollarla həll etmək istəyir, onda hər iki tərəfə elə bərabər münasibət saxlamalıdır ki, proses getsin. Yəni məqsəd bu məsələnin həll üsulu ilə bağlıdır. Ermənistanın bu əraziləri işğal etməsi bütün dünya ictimaiyyətinə məlumdur. Sadəcə olaraq Avropa ölkələri Minsk qrupu formasında bu münaqişənin həllini həyata keçirməyə çalışır. Bu zaman əgər bir tərəfə işğalçı, o biri tərəfə işğal olunan desə, işğalçı tərəflə bütün əməkdaşlığı kəsməlidir. Onda belə çıxır ki, bu danışıqlar dayandırmalıdır. Ona görə də, nə qədər ki, bu danışıqlar var, Ermənistan tərəfinin bu hərəkətlərinə Avropa birmənalı qiymət verməyəcək. Danışıqlar dayandırılsa, Azərbaycan danışıqlardan çəkilsə, onda biz beynəxalq ictimaiyyətdən Ermənistanın hərəkətlərinə beynəlxalq hüquqa uyğun qiymət verməsini tələb edərik ki, bu zaman bəli doğrudan da Ermənistan tərəfi işğalçı kimi tanına bilər”x9d.(pia.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO