Bakıda klinika rəhbərliyi CƏZALANDIRILDI 

Bakıda klinika rəhbərliyi CƏZALANDIRILDI 

Hazırda oxunan: Bakıda klinika rəhbərliyi CƏZALANDIRILDI 

82881

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nərimanov, eləcə də Bərdə, Ağdam və Balakən rayonlarında ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 34330 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Faktlarla bağlı “Leyla Medical Center” Klinikası, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi, həmçinin fiziki şəxslər Bərdə rayon sakini Yaqub Nəbiyev, Ağdam şəhər sakini Vəli Əfəndiyev və Balakən rayon sakini Məhərrəm Cəlilov barəsində akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO